Renan Lodi yeni mövsümə İspaniyada başlamayacaq. “Atletiko”nun oyunçusu “Marsel”ə keçir.
"Football-plus.az" xəbər verir ki, İnsayder Fabritsio Romanonun məlumatına görə, braziliyalı yarımmüdafiəçi Fransa klubunda tibbi müayinədən keçəcək. Səhhətində hansısa problem aşkar edilməsə, “Marsel” bu transfer üçün Madrid klubuna 13 milyon avro ödəyəcək.
Xatırladaq ki, Lodi son mövsümü icarə əsasında “Nottingem Forest”də keçirib. O, premyer-liqada meydana çıxdığı 28 oyunda 1 məhsuldar ötürmə verib.