Yeni mövsümdə “İnter”ə qoşulacaq

1.12.2023 18:21 182
Dünya futbolu
“İnter” yeni mövsümün transfer əməliyyatlarına indidən başlayıb.

“Football-plus.az” xəbər verir ki, Milan klubu “Lill”in müdafiəçisi Tyaqo Calu ilə razılığa gəlib. Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, portuqaliyalı futbolçu ilə gələn ilin yayında müqavilə imzalanacaq. 23 yaşlı mərkəz müdafiəçisi “Lill”də 2019-cu ildən çıxış edir. Calu daha əvvəl “Sportinq” və “Milan”da da oynayıb.