Qitə çempionatında oynaya bilməyəcək

2.01.2024 17:51 216
Dünya futbolu
Tomas Parti Afrika Millətlər Kubokunda oynaya bilməyəcək.

"Football-plus.az" xəbər verir ki, “Arsenal”ın təcrübəli futbolçusunun Qana millisinə qitə çempionatında kömək etmək şansı yoxdu. Səbəb 30 yaşlı yarımmüdafiəçinin zədəsinin hələ tam sağalmaması ilə bağlıdı. Onun müalicəsinin Londonda davam etdirələcəyi xəbər verilib.

Parti bu mövsüm İngiltərə premyer-liqasında məlum səbəbdən 4 oyun keçirib. Afrika Millətlər Kuboku yanvarın 13-də start götürəcək.