MY-dən ayrılıb Almaniyaya yollandı

15.08.2023 20:51 1 478
Dünya futbolu
Matey Kovarj “Mançester Yunayted”i tərk edib.
“Football-plus.az” xəbər verir ki, 23 yaşlı qapıçı karyerasını “Bayer-04”də davam etdirəcək. Matey Almaniya klubu ilə müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb. Bəzi mənbələr MY-nin bu transferdən 9 milyon avro qazanacağını xəbər vermişdi.

Kovarj 2018-ci ildən bu klubun oyunçusu idi. O, ötən müddət ərzində “qırmızı şeytanlar”ın gənclər və aşağı yaş qruplarından ibarət komandalarında çıxış edib. Qaıçı ötən mövsüm icarə əsasında “Sparta”da çıxış edib.