"Neftçi" Ramil Şeydayevi transfer edir? - AÇIQLANDI

1.01.2024 10:00 7 335
Ölkə futbolu / Manşet
Qış fasiləsi boyunca "Neftçi"də müəyyən futbolçuların transferi və ayrılıqların yaşanması da gözlənilir. Bu yöndə real addımların atılmağa başlandığına şübhə yoxdu.

Diqqətçəkən məqam isə guya Bojoviçin “Buriram Yunayted”in üzvü Ramil Şeydayevi “Neftçi”də görmək istəməsədi. Deyilənə görə, yeni çalışdırıcı bu arzusunu klub rəhbərliyi ilə bölüşüb və “hə” cavabı alıb.

Paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Emin Əfəndi "football-plus.az"a bu informasiyanın doğru olmadığını dedi:

“Ramil Şeydayev Azərbaycanın top futbolçularından biridi. Hər klub istəyər ki, heyətində elə keyfiyyətli oyunçu olsun. Lakin Bojoviçin bu yöndə istəyi olmayıb. Yanvarın 4-də komandaya qoşulacaq və müəyyən məsələlərin təhlilindən sonra bəzi müzakirələr aparılacaq. “Neftçi” məhz belə həqiqətəuyğun olmayan məlumatların çoxluğu üzündən mətbuata müraciət edir və yalnız rəsmi mənbəyə, yəni klubun yaydığı bilgilərə əsaslanmağa çağırır”.

KƏNAN BAHADIR