“Turan Tovuz” rəsmisi: “İmkan olduqca yeniliklər edirik”

6.04.2023 15:58 381
Premyer-liqa
Misli premyer-liqasının 28-ci turunun "Turan Tovuz" - "Sumqayıt" qarşılaşmasında stadionda yeni tablo quraşdırılmışdı.

“Football-plus.az” olaraq bununla bağlı tovuzluların mətbuat katibi Süleyman Tağıyevdən açıqlama aldıq:

"Stadionumuzda imkan olduqca yeniliklər edirik. Yeni tablomuz da həmin yeniliklər sırasındandı. Tablo ilk dəfə "Sumqayıt"la oyunda işlədilsə də, əslində 1-ci divizionun 22-ci turunda əvəzedicilərimizin "Araz Naxçıvan"la matçında da iş başındaydı".


ABDULLA İSMAYILOĞLU