• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Rəşad Sadıqov kəskin narazılıq etdi, daha iki məşqçi idarəçiliyə toxundu - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

29-12-2023, 19:0

Premyer-liqada qış fasiləsi ərəfəsindəki sonuncu tur intizam baxımından çox yaxşı keçdi.

5 oyunda 18 “sarı” göstərildi ki, bunu da pis nəticə saymaq olmaz. Qırmızı vərəqənin olmadığı turda baş məşqçilərdən üçü idarəçiliyə bu və ya başqa şəkildə toxundu. Məsələn, Şahin Diniyev “Sumqayıt”ın qolundan əvvəl qayda pozuntusunun olub-olmadığını dəqiqləşdirmək üçün epizoda təkrar baxmağın lazım gəldiyini dedi, Ayxan Abbasov məhz hakimlərin səhvləri üzündən komandasının 3-4 xal itirdiyini vurğuladı, Rəşad Sadıqov isə bir qədər də irəli gedərək, Cavid Cəlilovun “Zirə”nin oyununa təyinat almamalı olduğunu bildirdi.

Turan Tovuz – Araz-Naxçıvan, RƏVAN HƏMZƏZADƏ,
Tovuzlu azarkeşlər matçdan əvvəl ədalət təmsilçilərindən şikayətlənmişdi. Oyun da onların hakimlərlə bağlı şüarlarıyla başladı. Bu məqam Rəvan Həmzəzadənin məsuliyyətini ikiqat artırırdı. Qeyd etməliyik ki, oyun dinamik mübarizə şəraitində keçsə də, ciddi qayda pozuntularına yol verilmədi. Futbolçular nizam-intizama əməl edir, səliqəli oynayırdılar. Şübhəsiz, bu da hakimin işinə yaradı. Hakim VAR-a baxmaqdan da çəkinmədi. O, Sərtan Taşkının əllə oynamasına görə penalti təyin etdi ki, burda haqsızlıqdan söhbət gedə bilməz. Həmzəzadənin briqadanın başqa üzvləriylə əlaqəsində qüsur yox idi. Ən azı hakimlərə münasibətdə qəzəbli olan tovuzlular onunla xoş davrandı. Amma şəkili referi bəlkə də güclü külək stadionu ağuşuna alandan bir neçə dəqiqə sonra oyunu dayandıra bilərdi. Görünür, o da yeni quraşdırılan dirəklərin aşması ehtimalını hesablamamışdı...

Qəbələ - Sabah, ƏLİYAR AĞAYEV
Əliyar Ağayev və köməkçiləri üçün çətin oyun olmadığını deyə bilərik. Qarşılaşmanın sakit keçməsi buna əsas verdi. 62-ci dəqiqədə müdafiədən hücuma keçmək istəyən “Qəbələ” oyunçularının ötürməsi zamanı top referiyə dəydiyi üçün oyun saxlanıldı. Bəlkə də Baxşıyevin yetirmələri əks-hücuma çıxıb təhlükəli vəziyyət yarada bilərdilər. 76-cı dəqiqədə “Sabah”ın oyunçuları əllə oyuna görə etiraz etsə də, “Qəbələ”nin əks-hücuma çıxdığını görən Ağayev matçı dayandırmadı. Sonradan VAR-a baxan baş hakim Allaşın əllə oyununa görə penalti təyin etdi. Demək olar ki, hakim səhvi olmadı. Adətən, bu mövzuda həssas olan Murad Musayevin oyundan sonra məğlubiyyətin günahını boynuna götürməsi də idarəçiliyin qaydasında olduğunu göstərən əlamətdi.

Zirə - Qarabağ, CAVİD CƏLİLOV
Komanda qış fasiləsinə uduzmadan yollanmaq istəyirdi. Cavid Cəlilovun müzakirəyə açıq bir neçə qərarı oldu. 7-ci dəqiqədə Romao cərimə meydançasında Cibrilaya sərt müdaxilə etsə də, hakimin fiti susdu. 12-ci dəqiqədə Elvinlə Məqsəd çiyin-çiyinə mübarizə apararkən toqquşdular. Nəticədə ikisi də yerdə qaldı. Amma referi yalnız İsayevə sarı vərəqə göstərdi. 75-ci dəqiqədə Məqsəd sürətli hücuma çıxarkən Elvin onun qarşısını kobudluqla aldı. Hakim qayda pozuntusu qeydə alsa da, "Qarabağ"ın futbolçusuna ikinci “sarı”nı vermədi. Bax, bu məqamda Rəşad Sadıqov özündən çıxdı. O, həm 4-cü hakimə, həm də Cavid Cəlilova etirazını bildirdi. Oyusonra mətbuat konfransında da Rəşad bəy hakimin bir neçə səhv qərar verdiyini vurğuladı.

Sumqayıt – Səbail, RƏŞAD ƏHMƏDOV
Yalnız bir qolun vurulduğu qarşılaşmada Rəşad Əhmədov iki dəfə diqqət mərkəzində düşdü. 57-ci dəqiqədə Rövlanın kornerdən asmasına yülsələn Vüqarın başla zərbəsindən sonra top rəqib futbolçu Almeydanın əlinə dəydi. Meydan sahibləri penalti iddiasıyla çıxış etdilər. Amma epizod VAR otağında təhlil ediləndən sonra hər şeyin qaydalar çərçivəsində olduğu bildirildi. 70-ci dəqiqədə "kimyaçılar" hesabı açarkən "dənizçilər" qayda pozuntusu olduğunu iddia etsələr də, referi qolu qeydə aldı.

Neftçi – Kəpəz, FƏRİD HACIYEV
Həmişə prinsipallığı ilə seçilən derbi gərgin alındı. İlk yarıda qonaqlar bir neçə dəfə ofsayda düşdü. Demək olar ki, bunların hamısında baş hakim və köməkçiləri doğru qərar verdi. İkinci yarının startında isə “Kəoəz”in qolu oyundankənar vəziyyətə görə ləğv olundu. Videotəkrarda Nianenin passiv ofsaydda olduğu göründü. Hacıyevin qərarlarının əksəriyyəti doğru idi. Yalnız bir epizodda top Azər Əliyevin əlinə dəysə də, referi matçı davam etdirdi. Ümumilikdə referi və köməkçiləri matçı ideala yaxın səviyyədə idarə etdi.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

12-05-2023, 15:0

Rəvan Həmzəzadə yer seçə bilmədi, Rəşad Əhmədov xətti keçən topu görmədi - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa

8-12-2023, 11:0

Rəşad Sadıqov uduzdu, razı qaldı, Murad Musayev uddu, narazılıq etdi - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

22-09-2023, 20:0

Jurnalistlər sektorundan göründü, Əliyar görmədi?! - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Ölkə futbolu

16-11-2023, 16:0

Qırmızı vərəqə olmadı, yalnız Elmar Baxşıyev narazı qaldı - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Aktual
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Toral Bayramov “Bursaspor”da!
“Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək
“Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov
“Qarabağ”: üçü getdi, neçəsi qaldı?
“Dünya klublarında da intizamla bağlı problemlər olur, amma bu qədər şişirdilmir” – Elvini futbola gətirən adam
Son xəbərlər
  • Dünən, 23:59
    “Əminəm ki, bütün bunlar məni daha güclü etdi” - Sinner necə özünə gəlib?
  • Dünən, 23:08
    “Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
  • Dünən, 22:26
    Mik atasına həsr olunan dəbilqədə çıxış edəcək
  • Dünən, 21:58
    “Formula-1”də 12-ci komanda da olacaq?
  • Dünən, 21:27
    Alkaras daha iki turniri buraxacaq
  • Dünən, 20:58
    "Şamaxı" Rüfətlə vidalaşdı
  • Dünən, 20:28
    Tovuz stadionu UEFA standartlarına uyğunlaşdırılır
  • Dünən, 19:58
    “Oklahoma-Siti” – “San-Antonio” oyununu 12 milyon adam izlədi!
  • Dünən, 19:28
    “Sabah” daha bir liqada çempion oldu
  • Dünən, 18:57
    Macarıstan: 1939-dan bəri ən böyükhesablı qələbə
  • Dünən, 18:27
    “Monreal” 53-cü (!) dəfə konfrans finalına çıxdı
  • Dünən, 17:56
    Yayda premyer-liqada 7 məşqçi ayrılığı yaşanacaq!
  • Dünən, 17:35
    Toral Bayramov “Bursaspor”da!
  • Dünən, 17:13
    İspaniya millisinin baş məşqçisindən “Real” azarkeşlərinə cavab gəldi
  • Dünən, 16:46
    Kanavaro “Sabah”ın oyunçusunu “30-luğ”a saldı, Miller isə...
  • Dünən, 15:43
    Minifutbol üzrə millimizin AÇ üçün heyəti
  • Dünən, 15:14
    Mikels mükafatlandırıldı
  • Dünən, 14:35
    Rossi "Şamaxı"dan getdi
  • Dünən, 14:08
    Əfran İsmayılov "Araz-Naxçıvan"dan ayrıldı
  • Dünən, 13:39
    Ter Ştegen komandasından ayrılacacaq
  • Dünən, 12:54
    “Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək
  • Dünən, 12:14
    Millimizin baş məşqçisi vəzifəsindən ayrıldı
  • Dünən, 11:43
    "Kəpəz"də Verdaşka ilə yeni müqavilə - RƏSMİ
  • Dünən, 11:36
    Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasına (WLA) üzv qəbul olundu
  • Dünən, 11:23
    PFL Dünya Liqaları Assosiasiyasına üzv qəbul olundu
  • Dünən, 10:52
    Nəriman yenə şans qazanmadı
  • Dünən, 10:30
    U-20 millimizin heyəti açıqlandı
  • Dünən, 09:54
    “Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov
  • 24-05-2026, 23:0
    Sensasiya: 2-ci liqa klubu "Sportinq"i finalda məğlub etdi!
  • 24-05-2026, 23:0
    Güləşçilərimiz AÇ-də 6 medal qazandı
  • 24-05-2026, 23:0
    "Şamaxı"nın legioneri millidə
  • 24-05-2026, 22:0
    “Xankəndi” qızıl medallarını aldı, Bəhruz isə xüsusi hədiyyə
  • 24-05-2026, 22:0
    Marseldən Milana qayıdacaq
  • 24-05-2026, 22:0
    “Qarabağ”: üçü getdi, neçəsi qaldı?
  • 24-05-2026, 20:0
    Mourinyonun təyinatı niyə təxirə düşəcək?
Daha çox
Oxunub: 277
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 246
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 216
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
Oxunub: 211
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
Oxunub: 204
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 198
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə