Millinin keçmiş futbolçusu meşədə ölü tapıldı: 3 yaşlı qızı var idi - FOTO

29.12.2023 14:53 936
Dünya futbolu
Karlar üzrə çünya çempionatında Böyük Britaniyaya bürünc medal qazandıran ingiltərəli qadın futbolçu Qemma Visman meşədə ölü tapılıb.

"Football-plus.az" Britaniya mətbuatına istinadən xəbər verir ki, Vismanın ölüm səbəbi hələlik məlum deyil. Onun cəsədini dekabrın 16-da, Norviç şəhərinin yaxınlığında bir sakin aşkar edib.

Faktla bağlı araşdırma aparılır.

33 yaşlı Qemma Visman 2016-cı ildə İtaliyada keçirilən karlar üzrə dünya kubokunda Böyük Britaniya yığmasının heyətində 3-cü yeri tutmuşdu. Onun 3 yaşlı qızı var.