Gimnastımız Dünya Kubokunda bürünc medal qazandı

4.03.2023 10:31 248
İdman
Qətərin Doha şəhərində keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan millisinin üzvü Nikita Simonov bürünc medal qazanıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Gimnastika Federasiyası məlumat yayıb.

Bildirilib ki, 27 yaşlı idmançı halqa ilə hərəkətlərin icrasında üçüncü nəticə göstərib.