Ötən mövsümü 1-ci yerdə başa vuran komanda, yəqin ki, növbəti “futbol ili”ndə titulunu qorumağa çalışacaq. Klubun planlarını öyrənmək üçün baş məşqçi Füzuli Məmmədovla əlaqə saxladıq. Təcrübəli mütəxəssisin açıqlaması belə oldu:
“Hazırda klub istirahətdədi. İyulun 1-dən məşqlərə başlayacağıq. 20 gün Bakıda hazırlaşandan sonra ikihəftəlik təlim-məşq toplanışı baş tutacaq. Əlbəttə, hazırlıq prosesinin harda olacağı klubun büdcəsindən asılıdı. Ölkə xaricində də ola bilər, Azərbaycanda da. Toplanış üçün elə bir tarix müəyyənləşdirmişik ki, başa çatandan sonra çempionata təxminən 1 həftə qalacaq.
Təlim-məşq toplanışına kimi üç yoldaşlıq oyunu keçirəcəyik. Toplanış zamanı da 3 oyun keçirməyi planlaşdırmışıq. Yəni ümumilikdə 6 oyun. Amma hansı klublarla qarşılaşacağımız hələ dəqiq deyil. Çünki onlar da məşqlərə başlamalıdı. Çox güman, 1-ci divizionda çıxış edən komandalarla oynayacağıq. Premyer-liqa klublarından da təklif edən olsa, oynamağa hazırıq”.

Məmmədov heyətlə bağlı detallar haqda da danışdı:
“Demək olar ki, təcrübəli oyunçuların hamısı ilə müqavilənin müddəti bitib. Əlbəttə, əksəriyyətinə yeni müqavilə təklif edəcəyik. Çempionatı 1-ci yerdə bitirdiklərinə görə onları göndərmək istəmirik. Yenə də danışıqlar olacaq. Yəqin futbolçular daha yaxşı təklifi dəyərləndirəcək”.
Xatırladaq ki, birinci divizionda yeni mövsüm avqustun 24-də başlayacaq.
ŞAİR ABDULLA