Baş vermiş hadisəylə bağlı "Sumqayıt"ın azarkeşlərlə əlaqələndirici Sənan Mirzəyevdən məlumat aldıq:
"90 dəqiqə ərzində fanklubla birgə tribunadaydım. Butulkanı atan fanklub azarkeşləri olmayıb. Bunu edən bizdən kənarda olan bir uşaq idi. O da, deyəsən, ilk dəfə stadiona gəlirdi. Başa salındı, izah olundu ki, meydana butulka atmaq olmaz".
ABDULLA İSMAYILOĞLU





