• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mehdi Hüseynzadə adına stadionun “N” qədər problemi var...

Premyer-liqa / Manşet

27-12-2023, 21:0

Prezident İlham Əliyev oktyabrın 23-də Sumqayıtda yerləşən Mehdi Hüseynzadə adına stadionda oldu.

Bundan sonra çoxları düşündü ki, artıq şəhərin eyniadlı təmsilçisi bu idman qurğusunda meydana çıxacaq. Lakin gözlər yollarda qaldı. Daha dəqiq desək, Misli premyer-liqasının 14-cü və 16-cı turlarının, uyğun olaraq, “Zirə” və “Qarabağ” ilə oyunlarının yeni arenada keçirilməsi gözlənilirdi. Lakin naməlum səbəblərdən sumqayıtlı azarkeşlərin arzusu reallaşmadı.

Problemin konkret nədən qaynaqlandığını öyrənmək üçün stadionun direktoru Nadir Quliyevlə əlaqə saxladıq. Onun dediyinə görə, Sumqayıt əhlinin gözü uzun müddət yolda qalmayacaq:

“Stadionun yeganə problemi işıqlandırma sisteminin zəif olmasıdı. Quraşdırılan projektorlar axşam saatları üçün lazım olan normativləri qarşılamır. Bu problemi aradan qaldırmaq üçün işə təcrübəli işçi briqadalar cəlb olunub. Yeni kabellər və projektorlar alınıb. İdman qurğusu təxminən 15-20 gün ərzində Peşəkar Futbol Liqasının standartlarına uyğun hala gətiriləcək. İstəyimiz “Sumqayıt”ın qış fasiləsindən sonrakı ilk ev oyununu burda keçirməsidi”.


Deməli, stadionun inşası zamanı peşəkar səviyyədə oyun keçirmək üçün nəzərdə tutulan standartlara fikir verən olmayıb. Əslində bu ən başda etiraf edilmişdi. Bundan başqa, Sumqayıt şəhər İcra Hakimiyyətinin arenanı kluba icarə haqqı almadan verdiyini də yazmışdıq. Bəlkə də dövlət qurumu məhz bu çatışmazlıqlardan yaxa qurtarmaq istədiyindən belə addım atıb. Bunu redaksiyamıza daxil olan məlumata əsasən iddia edirik. Mötəbər mənbə vasitəsilə əldə etdiyimiz məlumata görə, qurum stadionla bağlı problemlərin mətbuata sızdırılmasını istəmir. Məhz bu üzdən bir neçə dəfə bəzi şəxslərə xəbərdarlıq edilib.

Biz isə oxucu marağını “işlər bu gün-sabah sona çatacaq” sözləriylə qarşılaşmağa məcbur oluruq. Bəs PFL bu haqda nə deyir? Stadionu bir neçə dəfə ziyarət edən qurum rəsmiləri hansı nöqsanlarla üzləşib?

Mətbuat xidmətinin rəhbəri Sənan Abdullayevi dinləyək:
“Stadiondakı çatışmazlıqlarla bağlı bütün detalları kluba bildirmişik. Nöqsanlar aradan qaldırılsa, Mehdi Hüseynzadə adına stadionda oyun keçirilməsiylə bağlı heç bir problem yoxdu”.


Göründüyü kimi, PFL-in də klubla nəsə qəsdi-qərəzi yoxdu. Nadir Quliyev isə cəmi bir çatışmazlığın olduğunu diqqətimizə çatdırdı. Necə olur ki, Sumqayıt boyda şəhər bir neçə həftə ərzində kiçik problemi aradan qaldırıla bilmir? Halbuki tezliklə hər şeyin səliqə-sahmana salınacağı deyilmişdi. Mövzuyla bağlı sonuncu ünvanımız isə “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev oldu. Sizi klub rəsmisinin açıqlamasıyla tanış edirik: “Yenidənqurma işləri tamamlandıqdan sonra PFL-in və “CBC Sport” nümayəndələri bura təşrif buyurub bəzi çatışmazlıqları nəzərimizə çatdırdı. Media sektorunda, çəkiliş platformalarında, paltardəyişmə otağında çatışmazlıqlar, projektorlarda xırda problemlər var idi. Biz bacardıqca bu nöqsanları aradan qaldırmağa çalışsaq da, bizdən asılı olmayan səbəblərə görə bunu bacarmadıq. Bu üzdən 2023-cü ildə stadionun açılışı alınmadı. Sadaladığım nöqsanları yoluna qoyub çempionatın 2-ci yarısında stadionumuzda premyer-liqa matçlarını keçirəcəyik”.

“Futbol+” olaraq, “klubdan asılı olmayan səbəblər” deyildikdə nəyin nəzərdə tutulduğunu öyrənmək istəsək də, Zaur Xudiyev detalları bizimlə paylaşmadı. Hələ ki cavabsız suallar var. İşiniz avand olsun, bəylər. Ümid edirik ki, əfsanəvi partizanın – Mehdi Hüseynzadənin ruhu bundan sonra çox sızlamayacaq!

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

29-11-2023, 12:0

İki klub “Sumqayıt”ın təklifini rədd etdi

Premyer-liqa / Manşet

23-04-2023, 11:0

“Mehdi Hüseynzadə” bu tarixdə açılacaq – ÖZƏL

Aktual / Ölkə futbolu

24-11-2023, 14:0

PFL yenə “Sumqayıt”ı nişan verdi

Ölkə futbolu / Manşet

26-03-2023, 12:0

“Mehdi Hüseynzadə” uğrunda “qırğın” gedir – ÖZƏL

Aktual / Ölkə futbolu

3-11-2023, 14:0

“Mehdi Hüseynzadə”nin direktoru Riad Rəfiyevdən cavab gözləyir

Aktual
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Toral Bayramov “Bursaspor”da!
“Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək
“Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov
“Qarabağ”: üçü getdi, neçəsi qaldı?
“Dünya klublarında da intizamla bağlı problemlər olur, amma bu qədər şişirdilmir” – Elvini futbola gətirən adam
Son xəbərlər
  • Dünən, 23:59
    “Əminəm ki, bütün bunlar məni daha güclü etdi” - Sinner necə özünə gəlib?
  • Dünən, 23:08
    “Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
  • Dünən, 22:26
    Mik atasına həsr olunan dəbilqədə çıxış edəcək
  • Dünən, 21:58
    “Formula-1”də 12-ci komanda da olacaq?
  • Dünən, 21:27
    Alkaras daha iki turniri buraxacaq
  • Dünən, 20:58
    "Şamaxı" Rüfətlə vidalaşdı
  • Dünən, 20:28
    Tovuz stadionu UEFA standartlarına uyğunlaşdırılır
  • Dünən, 19:58
    “Oklahoma-Siti” – “San-Antonio” oyununu 12 milyon adam izlədi!
  • Dünən, 19:28
    “Sabah” daha bir liqada çempion oldu
  • Dünən, 18:57
    Macarıstan: 1939-dan bəri ən böyükhesablı qələbə
  • Dünən, 18:27
    “Monreal” 53-cü (!) dəfə konfrans finalına çıxdı
  • Dünən, 17:56
    Yayda premyer-liqada 7 məşqçi ayrılığı yaşanacaq!
  • Dünən, 17:35
    Toral Bayramov “Bursaspor”da!
  • Dünən, 17:13
    İspaniya millisinin baş məşqçisindən “Real” azarkeşlərinə cavab gəldi
  • Dünən, 16:46
    Kanavaro “Sabah”ın oyunçusunu “30-luğ”a saldı, Miller isə...
  • Dünən, 15:43
    Minifutbol üzrə millimizin AÇ üçün heyəti
  • Dünən, 15:14
    Mikels mükafatlandırıldı
  • Dünən, 14:35
    Rossi "Şamaxı"dan getdi
  • Dünən, 14:08
    Əfran İsmayılov "Araz-Naxçıvan"dan ayrıldı
  • Dünən, 13:39
    Ter Ştegen komandasından ayrılacacaq
  • Dünən, 12:54
    “Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək
  • Dünən, 12:14
    Millimizin baş məşqçisi vəzifəsindən ayrıldı
  • Dünən, 11:43
    "Kəpəz"də Verdaşka ilə yeni müqavilə - RƏSMİ
  • Dünən, 11:36
    Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasına (WLA) üzv qəbul olundu
  • Dünən, 11:23
    PFL Dünya Liqaları Assosiasiyasına üzv qəbul olundu
  • Dünən, 10:52
    Nəriman yenə şans qazanmadı
  • Dünən, 10:30
    U-20 millimizin heyəti açıqlandı
  • Dünən, 09:54
    “Ramiz müəllimin komandasına uğurlar arzulayıram” - Adil Şükürov
  • 24-05-2026, 23:0
    Sensasiya: 2-ci liqa klubu "Sportinq"i finalda məğlub etdi!
  • 24-05-2026, 23:0
    Güləşçilərimiz AÇ-də 6 medal qazandı
  • 24-05-2026, 23:0
    "Şamaxı"nın legioneri millidə
  • 24-05-2026, 22:0
    “Xankəndi” qızıl medallarını aldı, Bəhruz isə xüsusi hədiyyə
  • 24-05-2026, 22:0
    Marseldən Milana qayıdacaq
  • 24-05-2026, 22:0
    “Qarabağ”: üçü getdi, neçəsi qaldı?
  • 24-05-2026, 20:0
    Mourinyonun təyinatı niyə təxirə düşəcək?
Daha çox
Oxunub: 277
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 246
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 216
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
Oxunub: 211
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
Oxunub: 204
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 198
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə