“Bavariya”da qalmaq istəməyən Coşua Kimmixin yeni ildə İngiltərədə oynamaq şansı çoxdu.
“Football-plus.az” xəbər verir ki, Almaniya nəhənginin yeni müqavilə təklifi ilə razılaşmayan müdafiəçinin xidmətində üç klub maraqlıdı. “Fichajes” nşrinin yaydığı xəbərdə Kimmixin “Mançester Siti”, “Mançester Yunayted” və “Liverpul”un hədəfinə düşdüyünü xəbər verib.
28 yaşlı futbolçu “Bavariya”da 2015-ci ildən çıxış edir.