“Bavariya”nın aparıcı oyunçularından birinin klubu tərk etmək ehtimalı var.
Bu barədə “Bild” qəzeti xəbər verib.
Coşua Kimmix Münhen klubu ilə müddəti 2025-ci ilin iyununda başa çatacaq müqaviləsini yeniləmək niyyətində deyil. O, buna görə satışa çıxarıla bilər. Bu baş verərsə, futbolçu yayda iş yerini 75 milyon avroya dəyişə bilər.
Kimmixin Almaniyanı tərk etmək ehtimalı çoxdu. Onunla “Arsenal”, “Mançester Siti”, “Çelsi” və “Barselona” maraqlanır. Almaniyalı futbolçu bu mövsüm 20 oyuna çıxıb, 1 qol vurub, 6 qolun ötürməsini verib.