Kilian Mbappenin yeni mövsümdən İspaniyada top qovmaq ehtimalı qalır.
“Real” rəhbərliyi 2024-cü ilin yanvar ayının əvvəlində PSJ-nin hücumçusunu almaq üçün sənədləri hazırlamağa başlayıb. İspaniyalı jurnalist Ramon Alvarez de Montun məlumatına görə, gələn həftə fransalı futbolçunun Madrid klubuna keçib-keçməyəcəyi baxımından həlledici olacaq. “Real”ın prezidenti Florentino Peres yanvarda Mbappeyə zəng edərək madridlilərə qoşulmaq istəyib-istəmədiyini soruşacaq. Onun verəcəyi cavab əhəmiyyətli olacaq.
Qeyd edək ki, daha əvvəl Mbappenin uzunmüddətli olması şərti ilə PSJ ilə yeni müqavilə imzalayacağı barədə xəbər yayılmışdı.