“Hər iki epizodda hakimin verdiyi qırmızı vərəqələri haqsız sayıram” – udan da narazıdı

26.12.2023 15:14 193
Aktual / 1-ci liqa
Dünən futbol üzrə ölkə çempionatının 1-ci liqasında 12-ci tura start verildi.

"Karvan" - "Zaqatala" oyunu gərgin mübarizə şəraitində keçdi, hakim Əli Əliyev qonaqların 2:0 hesabıyla qalib gəldiyi oyunda futbolçulara 8 sarı, 3 qırmızı vərəqə göstərdi. Üstəlik “Zaqatala”nın köməkçi məşqçisi Nəsib Əliyev də qovuldu.

Bu qalmaqallı matçla bağlı “Zaqatala”nın baş məşqçisi Rüstəm Məmmədov da "Football-plus.az" saytına danışdı:

"Əvvəlcə oyunumuz haqqında danışım. Sevindirici haldı ki, artıq oyun planında artım var. Qarşılıqlı əlaqə, xətlərarası rabitə yaxşılaşmağa doğru gedir. Amma görüləcək iş çoxdu. Əsas odu ki, düzgün istiqamətdəyik. Hakimliyə və qırmızı vərəqələrə gəlincə, 90 dəqiqə ərzində çox ağır qarşılaşma getdi. Referilərin idarəçiliyinə deyəcək nəsə yoxdu. İdarəçilikdən razı qaldım, amma qırmızı vərəqələrlə bağlı razı deyiləm. Futbolçumuz Rüstəm Nuruyevə haqsız yerə qırmızı verildi. Adını da qoydular ki, oyunçumuz qeyri-etik ifadə işlədib və ya hərəkət edib. Halbuki epizoda dəfələrlə baxdıq, hakimlərə də göstərdik, elə bir hal yoxdu. Köməkçim Nəsib Əliyev də məhz futbolçumuza haqsızlığa görə hakimə yaxınlaşıb dedi ki, Rüstəm heç bir qeyri-etik hərəkət etməyib. “Hər şey göz önündədi. Bu haqsız qərarınıza görə şikayət edəcəyik” deyəndən sonra hakim ona da “qırmızı” göstərdi. Referiyə etirazı başa düşdüm. Amma buna görə birbaşa qırmızı vermirlər. Köməkçim qeyri-etik ifadə də işlətmədi. Amma baş hakim birbaşa qırmızı vərəqə göstərdi. Bir daha deyirəm: hər iki epizodda hakimin verdiyi qırmızı vərəqələri haqsız sayıram. Bu barədə şikayətimizi də bildirəcəyik".

ABDULLA İSMAYILOĞLU

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul