• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Portuqaliyalı qapıçı Azərbaycan çempionatına “diaqnoz qoydu”

Premyer-liqa / Manşet

25-12-2023, 23:0

Azərbaycan çempionatında çoxlu əcnəbi qapıçı çıxış edib.

Amma onların heç də hamısı yer aldığı komandalarımızda "1 nömrə"yə çevrilə bilməyib. Bu mövsümdən "Zirə"yə transfer olunan Tyaqo Silva seçilənlərdəndi. Portuqaliyalı qəsəbə təmsilçisinə transfer olunandan sonra komandasının əsas qapıçısına çevrilməyi bacarıb. O, davam edən mövsümdə hələlik ən az top buraxan qapıçıdı. Legionerlə "Turan Tovuz"la kubok matçından sonrası söhbətləşdik.

- Bu gün erkən qol buraxdın, amma nə sən, nə də komandan ruhdan düşməyərək irəli atıldı və geridönüş edərək əzmkar qələbə qazandız. Oyunla bağlı fikirlərin maraqlıdı...
- Bəli, çətin oyun oldu. İlk yarıda rəqib yaxşı oynadı, qapımıza qol vurdu. Amma fasilədən sonra meydanda xarakter göstərdik, rəqibi təzyiq altında saxladıq. Hesabı bərabərləşdirdik. Amma bundan sonra da ruhdan düşməyib hücumlarımızı davam etdirdik və daha bir qol vurmaqla qələbə qazandıq. Hesab edirəm ki, bu gün komandamız yaxşı performans sərgilədi. 

- Ölkə kubokuna uğurlu start verdiz. Amma çempionatda üç oyundu qələbəyə həsrətsiz. Səbəb nədi? 
- Doğru deyirsiz, kuboka qələbəylə başlasaq da, premyer-liqada son üç oyunda dalandayıq. Amma bu o anlama gəlmir ki, zəifik və ya komanda kimi meydanda döyüşmürük. Heyətimizdə keyfiyyətli oyunçular var. Hər oyuna da qələbə üçün çıxırıq. Sadəcə, son üç oyunda sanki bəxt də bir qədər rəqiblərimizin tərəfindədi. Çempionatın ilk yarısının son oyununu güclü "Qarabağ"a qarşı keçirəcəyik. Rəqib haqda nəsə deməyə ehtiyac yoxdu. Hamı onun gücünə bələddi. Buna rəğmən, doğma meydanda son çempionu məğlub etməyə çalışacağıq. 

- Azərbaycana gəlişinlə "Zirə"nin "1 nömrə"sinə çevrildin. Belə uğuru gözləyirdinmi? 
- Bir qapıçı kimi "Zirə"yə keçəndən sonra yaxşı çıxışlarım oldu. Bundan çox məmnunam. Amma bu o demək deyil ki, klubumda "1 nömrə"yəm. Komandamızda təcrübəli Anar Nəzirov və potensialı olan gənc qapıçılar var. Hər biri yaxşı həmkardı. Hazırda çempionatda ən az top buraxan qapıçı mənəm. Amma sadaladığım göstəriciləri daha yaxşılaşdırmaq və üzərimdə bir qədər də çalışıb böyük uğurlar qazanmaq istəyirəm. 

- Azərbaycan və Portuqaliya çempionatları arasında fərq nədədi? 
- Azərbaycanda futbolun səviyyəsi yetərincə yaxşıdı. Sadəcə, stadionlarınıza azarkeş axını yoxdu. Portuqaliyada isə nəinki elita, aşağı liqa matçlarında da tribunalar dolur. Düzdü, "Qarabağ"ın avrokubok qarşılaşmalarında  stadionlar dolur. Elə qarşıdan gələn "Braqa" ilə oyunda da stadionun dolacağına şübhəm yoxdu. Təəssüf ki, ölkə çempionatındakı matçlarımıza yetərincə azarkeş gəlmir, demək olar ki, boş tribunalar önündə oynayırıq. Çox istəyərdim ki, Azərbaycanda da futbol matçları zamanı bütün tribunalar dolsun. 

- Sən portuqaliyalısan, Azərbaycanda da yetərincə braziliyalı futbolçu var. Kimlərlə dostluq edirsən? 
- "Zirə"dəki bütün kollektivlə münasibətlərim yaxşıdı. Bundan başqa, "Araz-Naxçıvan"da yer alan "sambaçılar”la münasibətim var. "Turan-Tovuz"da Paçu ilə aramız yaxşıdı.

- Azərbaycanla Portuqaliyanın yaşam tərzində çoxmu fərq var? Sənə ölkəmizdə yaşamaq çətin deyil? 
- Hər iki ölkədə yaşam tərzi aşağı-yuxarı eynidi. Azərbaycanda olmağımdan məmnunam. 

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Aktual / 1-ci liqa

5-10-2023, 16:0

2:0-ı əldən verib, deyir ki, pis nəticə deyil

Aktual / Müsahibə

7-10-2023, 18:0

“Hələ çempionatda cəmi bir dövrə geridə qalıb, irəlidə isə 3 dövrə var” – debüt etməyən qapıçı dedi

Premyer-liqa / Manşet

18-12-2023, 20:0

“Düşünmürəm ki, psixoloji tənəzzül və ya təzyiq olsun”

1-ci liqa / Manşet

24-03-2023, 19:0

Ruslan Əmircanov narazıdı - AÇIQLAMA

Aktual / Müsahibə

1-03-2023, 14:0

Ponomaryov intriqanın sona qədər davam edəcəyini düşünür - MÜSAHİBƏ

Aktual / Müsahibə

9-08-2023, 14:0

“Əzizim, canım, qardaşım olsa da, onunla artıq rəqibik” - MÜSAHİBƏ

Aktual
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
Son xəbərlər
  • Bu gün, 10:36
    Dünya çempionu əməliyyat olunacaq
  • Bu gün, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
  • Dünən, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Dünən, 16:01
    Romadan Milana üz tuta bilər
  • Dünən, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
  • Dünən, 14:51
    ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
  • Dünən, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Dünən, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Dünən, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Dünən, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Dünən, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Dünən, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Dünən, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Dünən, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Dünən, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Dünən, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Dünən, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Dünən, 10:00
    Mançesterdən Madridə yollandı
  • 24-07-2026, 23:0
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • 24-07-2026, 23:0
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • 24-07-2026, 23:0
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
Daha çox
Oxunub: 207
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 141
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 98
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Xalqın yanına getmək niyə çətindi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə