“Sumqayıt” 2023-cü 3-cü pillədə başa vursa da, Mehdi Hüseyzadə adına şəhər stadionunda oyun keçirə bilmədi.
Bir qədər əvvəl saytımızda PFL-in sözçüsü Sənan Abdullayevin bu məsələ ilə bağlı fikirləri yer alıb. Bəs “Sumqayıt”da nə düşünürlər? Klubun mətbuat katibi Zaur Xudiyevyevin “Football-plus.az”a dedikləri:
"Stadionumuzda yenidənqurma işləri tamamlanandan sonra PFL və “CBC Sport” nümayəndələri bura təşrif buyurub bəzi çatışmazlıqları nəzərimizə çatdırdı. Media sektorunda, çəkiliş playformalarında, paltardəyişmə otağında çatışmazlıqlar, projektorlarda xırda problemlər var idi. Biz bacardıqca bu nöqsanları aradan qaldırmağa çalışdıq. Amma bizdən asılı olmayan səbəblərə görə problemləri aradan qaldıra bilmədik. Buna görə də 2023-cü ildə stadionun açılışı alınmadı. Sadaladığım nöqsanları aradan qaldırıb çempionatın 2-ci yarısında stadionumuzda premyer-liqa matçlarını keçirəcəyik".
ABDULLA İSMAYILOĞLU