Almaniya bundesliqasının son turu 100 rəqəmi ilə bağlı iki mühüm olay yaşandı.
“Football-plus.az” xəbər verir ki, birincisi, “Bavariya” səfərdə “Ştutqart”a vurduğu qolların sayını 100-ə çatdırdı. Münhen nəhəngi bundesliqa tarixində bir rəqibə qarşı səfər oyununda 100 qol həddinə çatan ilk klub oldu. Bundan başqa, Devis “Bavariya”nın tarixində bundesliqada 100 oyun həddinə ən gənc yaşda (22 yaş 4 ay 2 gün) çatan futbolçu oldu.