Ozan Can Kökçünün formasını geydiyi "Telstar" Niderland 1-ci liqasında növbəti oyununa çıxıb.
Komanda 34-cü turda "Ekselsior"un qonağı olub. Millimizin üzvünün çıxış etdiyi kollektivin 4:1 hesablı qələbəsiylə başa çatıb. Ozan Can da bu görüşün iştirakçısı olub. 23 yaşlı futbolçu qarşılaşmaya start heyətində başlayıb və 90 dəqiqə meydanda olub. O. 52-ci dəqiqədə penaltidən komandasının üçüncü qolunu vurub.
Qeyd edək ki, xallarını 35-ə yüksəldən "Telstar" turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.