Şəhriyar Əliyevin zədəsiylə bağlı son durum necədi?

22.12.2023 14:11 190
Aktual / Premyer-liqa
"Turan Tovuz" - "Zirə" qarşılaşmanın 73-cü dəqiqəsində Şəhriyar Əliyev köhnə zədəsindən dolayı ayağında ağrılar hiss etdiyinə görə əvəzləndi.

Vitse-kapitan 85-ci dəqiqədən etibarən oyunu ayaqüstə izləməklə yanaşı, azarkeşləri daha da çılğıncasına dəstək verməyə səsləyirdi. Zədəsiylə bağlı müdafiəçi ilə əlaqə saxladıq:

"Çoxdan dizimdə zədə vardı. Amma şükürlər olsun ki, artıq sağalıb. "Zirə" ilə oyunda əzələ ağrıları hiss etdim, həmçinin bir müddət oynamadığıma görə yorğunluq da hiss olundu. Baş məşqçimiz riskə getməyib məni əvəzlədi. Hazırda vəziyyət yaxşıdı, komanda ilə birgə məşq də edirəm”.


ABDULLA İSMAYILOĞLU