Urfan Abbasov: "Həmin an çox pis ağrı hiss etdim" - AÇIQLAMA

17.09.2023 22:15 269
Premyer-liqa / Manşet
Bu gün Misli premyer-liqasının 6-cı turunda "Turan Tovuz" - "Qəbələ" ilə heç-heçə edib - 2:2.

"Football-plus.az" xəbər verir ki, görüşün 32-ci dəqiqəsində qonaqların kapitanı Urfan Abbasov zədələnərək meydanı tərk etdi. Onu Murad Musayev əvəzlədi. Oyundan sonra müdafiəçi zədəsi ilə bağlı "football-plus.az"a açıqlama verdi:

"Ayağım dartıldı. Həmin an çox pis ağrı hiss etdim. İndi də ayağımda ağrı var. 2 gün sonra MRT olunacaq. Bundan sonra zədəmin nə qədər ciddi olub-olmadığını biləcəm. Fikrimcə, köhnə zədəmin olduğu yerdi. Gözləyək görək nə olur. Ümid edirəm ki, zədəm ciddi olmaz".

İLKİN SULTANLI