• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qrizmann tarixə düşdü, amma “Atletiko” 3:1-i əldən verdi

Dünya futbolu

21-12-2023, 21:0

Çərşənbə axşamı İspaniya çempionatında 18-ci turun ilk üç oyunu keçirildi.

“Football-plus.az” xəbər verir ki, “Atletiko” – “Xetafe” qarşılaşması azarkeşlərə parlaq futbol tamaşası bəxş etdi. Oyunun ilk 38 dəqiqəsi heç bir xüsusi intriqa vəd etmirdi, komandalar təşəbbüsü ələ almağa çalışırdı, təhlükəli vəziyyətlərin sayı az idi. Amma 38-ci dəqiqədə Mata ilə mübarizə zamanı rəqibin sifətinə dirsəklə vuran Saviçin meydandan qovulmasıyla hər şey dəyişdi. Maraqlıdı ki, “hindular” azlıqda qalsalar da, ilk yarının sonunda hesabı açdılar. 2-ci hissədə isə oyunun axarı tez-tez dəyişdi, əsl tamaşa izlədik. Hissənin əvvəlində “Xetafe” hesabı bərabərləşdirdi. Ancaq Morata ilə Qrizmannın 6 dəqiqəlik intervalla vurduğu iki qol hesabı 3:1 etdi. Azlıqda üç qol vurmaq hər komandanın bacara biləcəyi iş deyil. Məntiqlə 3:1-dən sonra oyunun taleyi həll olunmalıydı. Ancaq yox, “Xetafe” təslim olmaq fikrində deyildi. Qonaqlar qısa sürən ruh düşkünlüyündən sonra topa nəzarəti ələ keçirdilər və Oblakın qapısını “atəşə tutdular”. 87-ci dəqiqədə Rodrigesin zərbəsindən sonra Qrizmanndan səkən top tora daxil oldu. Xalın qoxusunu hiss edən “Xetafe”nin oyunçuları daha böyük həvəslə irəli atıldı. Uzatma dəqiqələrində top Rikelmenin əlinə dəydiyinə görə hakim VAR-ın da yardımı ilə penalti nöqtəsini göstərdi. Cari mövsümün bombardirlərindən biri Mayoral hesabı bərabərləşdirmək imkanını əldən vermədi. Qonaqlar son dəqiqələri də hücumda keçirdi, hətta 4-cü qolu vurmağa da yaxın oldu.
Ötən tur evdə “Xetafe” önündə darmadağın olandan sonra baş məşqçi Dieqo Alonso ilə yolları ayıran “Sevilya” bu dəfə səfərdə “Qranada”ya eyni aqibəti yaşatdı. Komanda Kike Sançes Floresin rəhbərliyi altında keçirdiyi elə ilk oyunda La Liqadakı 10 oyunluq qələbəsiz seriyaya son qoydu. Əvəzində “Qranada”nın qələbəsiz oyunlar seriyası 15-ə çatdı.
Oyuna daha fəal başlayan “Sevilya” 23-cü dəqiqədə Pedrosanın sayəsində hesabı açdı. Cəmi 9 dəqiqə sonra fərq artdı. Ən-Nəsiri meydanın rəqibə aid hissəsində topu ələ keçirdi, ardından Okampos uzaq məsafədən zərbə ilə komandasının 2-ci qolunu vurdu.

“Qranada”nın baş məşqçisi Aleksandr Medina fasilədə Vilyarı Uzuni ilə əvəzləsə də, oyunun axarını dəyişə bilmədi. Əksinə, 2-ci hissə yenicə başlamışdı ki, Ramos cərimə meydançasındakı qarışıqlıqdan yararlanıb baş zərbəsi ilə “Sevilya”ya dönüşündən bəri La Liqada ilk qolunu vurdu.

Sona 16 dəqiqə qalmış hakim qonaqlardan Buenoya Boyeyə qarşı kobudluğa görə birbaşa qırmızı vərəqə göstərdi. Ancaq VAR-ın müdaxiləsindən sonra “qırmızı”nı “sarı” ilə əvəzlədi. Beləliklə, “Sevilya” cari mövsümdə səfərdə ilk qələbəsini qazandı.
“Valensiya” da çərşənbə axşamı qələbəyə sevinən komandalardandı. “Yarasalar” son 5 turda 3 xala sevinməmişdi. Onlara qələbə gətirən qolu 61-ci dəqiqədə Kanyos vurdu. Bununla da “Rayo Valyekano”nun evdəki qələbəsiz oyunlar seriyası 7-yə çatdı.

Kanyos hesabı açandan az sonra “Valensiya”nın baş məşqçisi Ruben Baraxa kütləvi əvəzetmələrlə taktikanı dəyişdi. Arxa xətti gücləndirmək üçün Fulkyeni meydana buraxdı. “Rayo Valyekano” məğlubiyyətdən qurtulmaq üçün əlindən gələni etdi. Ancaq Baraxanın dəyişiklikləri ilə yanaşı, qonaq futbolçuların müntəzəm kobudluğa əl atması da oyunun tempini aşağı saldı. Hətta 90+1-ci dəqiqədə Korreyya növbəti kobudluğa görə meydandan qovuldu və “Valensiya”nı azlıqda qoydu. Ancaq meydan sahiblərinin hesabı dəyişmək üçün gücü qalmamışdı.

18-ci tur
Atletiko – Xetafe 3:3
Qrizmann, 44; 69-p. Morata, 63 – Mayoral, 53; 90+3-p. Rodriges, 87.
Atletiko: Oblak, Ermoso, Vitsel, Saviç, Rikelme, Lino (Saul, 81), Koke, De Paul (Morata, 57), Lyorente, Qrizmann, Depay (Aspilikueta, 40).
Rayo Valyekano – Valensiya 0:1
Kanyos, 61.
Qranada – Sevilya 0:3
Pedrosa, 3. Okampos, 32. Ramos, 49.
Barselona – Almeriya 3:2
Rafinya, 33. Roberto, 60; 83 – Baptistao, 41. Qonsales, 71.
“Atletik” – “Las-Palmas”, “Vilyarreal” – “Selta” oyunları gec başa çatıb. “Betis” – “Jirona”, “Kadis” – “Real Sosyedad”, “Alaves” – “Real”, “Malyorka” – “Osasuna” oyunları bu gün keçiriləcək.
1. Jirona 17 14 2 1 41-20 44
2. Real 17 13 3 1 38-11 42
3. Barselona 18 11 5 2 34-21 38
4. Atletiko 17 11 2 4 35-19 35
5. Atletik 17 9 5 3 33-19 32
6. Real Sosyedad 17 8 6 3 29-18 30
7. Betis 17 6 9 2 19-17 27
8. Xetafe 18 6 8 4 24-23 26
9. Las-Palmas 17 7 4 6 15-14 25​
10. Valensiya 18 6 5 7 19-22 23
11. Rayo Valyekano 18 4 8 6 16-24 20
12. Osasuna 17 5 4 8 19-26 19
13. Sevilya 17 3 7 7 23-24 16
14. Alaves 17 4 4 9 14-23 16
15. Vilyarreal 17 4 4 9 23-33 16
16. Malyorka 17 2 9 6 14-20 15
17. Kadis 17 2 8 7 14-24 14
18. Selta 17 2 7 8 16-25 13
19. Qranada 18 1 5 12 20-40 8
20. Almeriya 18 0 5 13 19-42 5
Bombardirlər: Bellingem (Real) - 13, Mayoral (Xetafe) – 12, Qrizmann (Atletiko) - 11.

Faktlar
* “Atletiko” ilə oyunda dubl edən Borxa Mayoral La Liqanın ilk 18 turunda 12 qol vurmaqla “Xetafe”nin klub rekordunu yenilədi. O, İspaniya çempionatının 2009/10 mövsümündə 18 oyundan sonra hesabında 10 top olan Roberto Soldadonu arxada qoydu.
* “Xetafe” ilə oyunda dubl edən Antuann Qrizmann “Atletiko”nun heyətində bütün turnirlərdə vurduğu qol sayını 173-ə çatdırmaqla indiyə qədər Luis Aroqonesə məxsus olan rekordu təkrarladı.
* “Xetafe”nin qapısından 3-cü qolu Serxio Ramos keçirdi. “Sevilya”nın təcrübəli müdafiəçisi artıq La Liqanın 18 fərqli mövsümündə ən azı 1 qol vurub. 37 yaşlı futbolçu bu göstəricidə Xoakinə (“Betis”, “Malaqa” və “Valensiya”nın sabiq oyunçusu) çatmaqla 21-ci əsrin rekordunu təktrarladı. Karyerasına məhz “Sevilya”da başlayan Ramosun uzun müddət “Real”ın şərəfini qoruduğunu da xatırladaq.

Reaksiya
Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi: “3 günlük fasilə ilə ardıcıl dördüncü oyunumuzu keçirdik. Oyunun əksər bölümünü azlıqda keçirdik. Bu üzdən futbolçular maksimum güc sərf etdilər. Bu oyunun bizim üçün ağır, çətin keçəcəyini bilirdik. Heyətlər bərabər olanda oyunun axarına yetərincə yaxşə nəzarət edirdik. Sonradan vəziyyətimiz çətinləşdi, hərçənd yenə də üstünlüyümüz var idi. Üstəlik Markos Lyorenteni də əvəzləməyə məcbur olduq. Bu oyunda Memfis Depaya ümid edirdik, o da oyunun gedişində “artırırdı”. Ancaq hakimin Saviçi qovmaq qərarından sonra bütün planlarımız dəyişdi. Belədə 5-3-1 (Depayı 40-cı dəqiqədə Aspilikueta əvəzlədi – red.) sxeminə keçməli olduq. Bununla belə, bütün vaxt ərzində hesabda irəlidəydik. Ancaq sonda rəqib təzyiqi gücləndirdi, qol vəziyyətləri yaratmağa başladı, asmalardan istifadə etdi – onların ucaboy oyunçuları var. Və yəqin ki, heç-heçəni haqq etdi”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

26-10-2022, 23:0

Qrizmann “Atletiko” tarixinin ən yaxşı 3-cü hücumçusudu

Dünya futbolu

12-04-2023, 18:0

“Real” üçün çempionat bitib - ŞƏRH

Dünya futbolu

11-08-2023, 18:0

İspaniya çempionatında 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

4-10-2023, 19:0

“Jirona” nağılı bitdi, “Atletiko” liderlər qrupuna döndü - TURUN ŞƏRHİ

Dünya futbolu

2-11-2023, 00:0

Bellingem “Barsa”nı da məğlub etdi - TURUN ŞƏRHİ

Aktual
“Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
H
"Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
"KuPS-u məğlub edəcək gücdəyik" - Coy-Lens Mikels
“Sabah” – KuPS matçına satılan bilet sayı – Masazır əhli stadionu doldura biləcəkmi?
Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
Son xəbərlər
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:49
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:15
    İbrahimoviç astronomik transfer məbləğlərini tənqid etdi
  • Dünən, 22:01
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:07
    Mövsümün əvvəlini buraxa bilər
  • Dünən, 19:13
    "Amma bunu meydançada sübut etmək lazımdı" - Valdas Dambrauskas
  • Dünən, 18:48
    “Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
  • Dünən, 18:22
    “Karvan-Yevlax” qapıçı transfer etdi
  • Dünən, 17:56
    H
  • Dünən, 17:30
    "Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
  • Dünən, 16:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 16:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
  • Dünən, 16:30
    "KuPS-u məğlub edəcək gücdəyik" - Coy-Lens Mikels
  • Dünən, 16:07
    Hamını arxada qoydu
  • Dünən, 15:36
    "Zirə" yamaykalı vinger transfer etdi
  • Dünən, 15:24
    "Qarabağ"ın da potensial rəqibi bəlli oldu
  • Dünən, 14:59
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 14:13
    "Sabah"ın potensial rəqibi müəyyənləşdi - ÇL
  • Dünən, 14:06
    “Sabah” – KuPS matçına satılan bilet sayı – Masazır əhli stadionu doldura biləcəkmi?
  • Dünən, 13:58
    "Turan Tovuz" üçün yeni rəqib
  • Dünən, 13:08
    Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
  • Dünən, 12:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri azaldı
  • Dünən, 12:04
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 11:33
    "Sabah"la "Qarabağ"ın potensial rəqibləri bilindi - Avropa Liqası
  • Dünən, 11:13
    "Sabah"ın potensial rəqibi müəyyənləşir
  • Dünən, 11:02
    “Neftçi” də qoşuldu: dörd klubumuzun yol xəritəsi
  • Dünən, 10:31
    “Neftçi”nin yeni mövsüm üçüncü forması – “Bakı”
  • Dünən, 10:00
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 02:03
    İspaniya ikinci dəfə dünya çempionu oldu! - DÇ gecəsi
  • Dünən, 00:17
    Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
  • 19-07-2026, 23:0
    Əvvəlki klubuna qayıdacaq
  • 19-07-2026, 23:0
    Hansı klub yerli futbolçulara daha çox şans verdi?
  • 19-07-2026, 22:0
    "Heyətin gücləndirilməsinə ehtiyac var" - Kaxaber Sxadadze
  • 19-07-2026, 22:0
    Lissabondan Madridə üz tutdu
  • 19-07-2026, 21:0
    Millimiz çempion oldu
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 228
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 183
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 156
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 129
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə