Daha bir premyer-liqa klubunun baş məşqçisi istefa verdi

20.12.2023 10:41 1 118
Dünya futbolu
İngiltərə premyer-liqasında baş məşqçi istefası gerçəkləşib.

"Football-plus.az" xəbər verir ki. "Nottingen Forest" Stiv Kuperlə yollarını ayırıb.

44 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeys edək ki, Stiv Kuper 2021-ci ilin sentyabrından "Nottingem Forest"i çalışdırırdı. Komanda onun rəhbərliyi altında premyer-liqaya yüksəlmişdi. "Meşəbəyilər" hazırda 14 xalla turnir cədvəlinin 17-ci pilləsindədi.