Fransa klubu baş məşqçisi ilə yollarını ayırdı

16.06.2022 23:48 514
Dünya futbolu
"Lill" baş məşqçisi Joslen Qurvenneki istefaya göndərib.

"Football-plus.az" Liqa 1 klubunun rəsmi saytına istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Fransalı çalışdırıcı 2021-ci ilin yayından komandaya rəhbərlik edirdi. Onun başçılığı altında "Lill" son mövsümü Liqa 1-də 55 xalla 10-cu pillədə başa vurub.