"Futbolçularıma göstərdikləri oyuna görə minnətdarlığımı bildirirəm"

19.12.2023 19:52 221
Ölkə kuboku / Manşet
Azərbaycan kubokunun 1/8 finalında "Qəbələ" "İmişli"ni məğlub edib - 1:0.

"Football-plus.az" xəbər verir ki, oyundan sonra "İmişli"nin çalışdırıcısı Əsgər Abdullayevin mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

"Maraqlı oyun keçdi. "Qəbələ"ni qələbə münasibətilə təbrik edirəm. Sonuncu dəqiqədə qol buraxdıq. Daha diqqətli olmalıydıq. İstənilən halda, futbolçulardan, komandamdan razıyam".

- Sona qədər qapının toxunulmazlığını saxlamaq üçün təcrübə çatmadı, yoxsa rəqib çox güclü idi?
- Mən belə deməzdim. Hardasa diqqətsizlik rolunu oynadı. İstənilən halda, futbolçularıma göstərdikləri oyuna görə minnətdarlığımı bildirirəm. Sona qədər döyüşdülər, vuruşdular. Amma epizodlarda daha diqqətli olmaq lazımdı.

- Bu oyunla premyer-liqa klublarına qarşı oynamağa hazır olduğunuzu göstərdiz?
- Bəli.