Laporta şayiələrə reaksiya verdi

19.12.2023 17:53 167
Dünya futbolu
Xavi Ernadesin tezliklə işdən azad ediləcəyi iddia edilir.

“Barselona” İspaniya çempionatında 17 oyuna 35 xalla 3-cü yeri tutur. Komanda lider “Jirona”dan 9 xal geri qalır. Bu səbəbdən Xavinin istefa təhlükəsi ilə üzləşdiyi iddia edilir. Baş məşqçinin “Barselona” ilə müqaviləsinin müddəti 2025-ci ilin iyununa qədərdi.

Klubun prezidenti Xuan Laporta Xavinin gələcəyi haqda danışıb. O, mütəxəssislə yolları ayırmağı düşünmədiklərini deyib: “Biz Xaviyə tamamilə etibar edirik”.