Xavinin məsələsinə aydınlıq gəldi

5.09.2023 18:10 233
Dünya futbolu
Xavi Ernandes klubu ilə razılığa gəlib.

“Football-plus.az” xəbər verir ki, söhbət yeni müqavilə üzrə aparılan danışıqlardan gedir. “Marca” qəzetinin məlumatına görə, tərəflər arasında imzalanacaq yeni anlaşmanın müddəti 2026-cı ilə qədər olacaq.

Qeyd edək ki, 42 yaşlı Ernandes 1995-2015-ci illərdə “Barselona”da oynayıb. O, 2021-ci ilin noyabrında komandanın baş məşqçisi təyin olunub. Xavinin hazırkı müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdi.

Komanda son mövsümdə onun rəhbərliyi altında İspaniya çempionu olub və ölkə superkubokunu qazanıb.