 
Rumıniyalı tennisçi Simona Halepin diskvalifikasiyaya görə İdman Arbitraj Məhkəməsinə (CAS) ünvanladığı apellyasiya şikayətinə gələn il fevralın 7-9-u aralığında baxılacaq. 
Bildiyiniz kimi, o, antidopinq qaydalarına pozduğuna görə 4 illiyə cəzalanıb. 32 yaşlı rumıniyalı Tennisdə Təmizliyin Təmin Olunması üzrə Beynəlxaq Agentliyin (ITIA) qərarının ləğvini və bütün sanksiyaların üzərindən götürülməsini tələb edir. 
Halep iki qayda pozuntusunda suçlanır. Bunlardan birincisi 2022-ci ildə keçirilən “US Open” turnirində verdiyi dopinq-testin arzuolunmaz nəticəsi, ikincisi isə bioloji pasportundakı pozuntu ilə bağlıdı. Sentyabrın 22-də Halepin uzunmüddətli cəzaya görə bioəlavələr istehsak edən şirkəti məhkəməyə verməsi ilə bağlı xəbər yayılıb.