“Bavariya”nın oyunçusu nə vaxt qayıdacaq?

15.09.2022 19:35 361
Dünya futbolu
“Bavariya”nın zədəli futbolçusu Lukas Ernandesin aqibəti məlum olub.

Fransalı müdafiəçi Çempionlar Liqasının qrup mərhələsinin “Barselona” ilə oyununda (2:0) zədələnmişdi. Komandasının ilk qolunu vuran futbolçu tibbi müayindədən keçib. Onun əzələsində problem aşkarlanıb. Lukasın azı bir ay yaşıl meydana çıxa bilməyəcəyi məlum olub.