• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Real Sosyedad” qrupu lider kimi başa vurdu

Çempionlar Liqası

15-12-2023, 23:0

D qrupu
İnter - Real Sosyedad 0:0
İnter (Milan, İtaliya): Zommer, Auqusto, Açerbi, Darmian, Kuadrado, Dimarko (Bastoni, 77), Frattezi, Çalhanoğlu (Asllani, 82), Mxitaryan (Barella, 65), Sançes (Lautaro Martines, 65), Türam (Arnautoviç, 65).
Real Sosyedad (San Sebastyan, İspaniya): Remiro, A.Traore, Subeldiya (Elustondo, 77), Le Norman, Munyos (Tirni, 86), Subimendi, Kubo (K.Fernandes, 86), Merino, Zaxaryan (Maqunaselayya, 77), Oyarsabal, Sadik (Turryentes, 61).
Vərəqələr: Subeldiya, 21. Zaxaryan, 44. Kubo, 76. Lautaro Martines, 80. Elustondo, 85 - sarı.
Hakim: Sandro Şerer (İsveçrə).
12 dekabr. Milan. 69010 tamaşaçı.

oyunun statistikası
10 (2) qapıya (“çərçivə”yə) zərbə 5 (2)
1 künc zərbəsi 5
4 ofsayd 0
9 qayda pozuntusu 21
1 (0) sarı (qırmızı) vərəqə 4 (0)
38 topa sahibolma (faizlə) 62

"Football-plus.az" xəbər verir ki, “İnter” və “Real Sosyedad” hələ qrup mərhələsinin 4-cü turundan sonra 1/8 finala vəsiqəni təmin etmişdi. Çempionlar Liqasının son finalçısı üçün qrupda vahid liderliyi ələ almaq üçün gözəl fürsət yaranmışdı. Simone İnzaqinin komandası bunun üçün evdə san sebastyanlılara mütləq qalib gəlməli idi. Heç-heçə halında “Real Sosyedad” 1-ci yerdəki mövqeyini qoruyacaqdı. Bu komandaların İspaniyada sentyabrın 20-də baş tutan oyunu 1:1 hesabı ilə başa çatmışdı. İmanol Alquasilin komandası Milanda bir xal qazanacağı halda topların daha yaxşı fərqinə əsasən qrupu lider kimi başa vuracaqdı.

“İnter”in start heyəti bir qədər qeyri-optimal görünürdü. Belə ki, zədəli olan Pavar, De Vrey və Dyumfrisdən başqa Bastoni, Barella və Lautaro Martines kimi aparıcı oyunçular da ilk “11-lik”də deyildilər. İnzaqi komandasının həftəsonu A seriyasında keçirəcəyi “Latsio” ilə səfər oyununu düşünərək ÇL matçında bəzi vacib oyunçulara az-çox istirahət imkanı vermişdi. Bu isə rəqibin xeyrinə olan qərar kimi dəyərləndirilməli idi. İtaliya və İspaniya təmsilçiləri ÇL-də çərşənbə günü keçirilən matçlar sırasında ən baxımsız oyunu reallaşdırdılar. İlk hissədə yaddaqalan hücum qura bilməyən “İnter” rəqibin güclü pressinqi qarşısında aciz qaldı. İtaliya nəhənginin heyətində ikinci hissənin ortalarında bir sıra vacib oyunçuların peyda olması İnzaqinin artıq qələbəni düşündüyünü göstərirdi. Onun komandası fəallaşsa da, lazımi nəticəyə nail ola bilmədi. Qolsuz “sülh” “Real Sosyedad”ın 1-ci yerdəki mövqeyini rəsmiləşdirdi.

Zaltsburq - Benfika 1:3 (0:2)
Zaltsburq (Avstriya): Şlaqer, Dediç, Pentkovski, Pavloviç, Bedu, Bidstrup (Şimiç, 90+5), Qurna-Duat, Suçiç, Qlux (Kameri, 82), Ratkov (Fernando, 55), Dorjeles (Koyta, 55).
Benfika (Lissabon, Portuqaliya): Trubin, Eursnes, Araujo, Otamendi, Morato, Neveş, Kökçü (Gedeş, 68), Di Mariya, R.Silva (Florentinu, 90+4), Joao Mario (Kabral, 90+1), Tenqstedt (P.Musa, 46).
Qollar: Di Mariya, 32 (0:1). R.Silva, 45+1 (0:2). Suçiç, 57 (1:2). Kabral, 90+2 (1:3).
Vərəqələr: Qurna-Duat, 10. Morato, 45+4. Ratkov, 51. P.Musa, 72. Kameri, 82. Şlaqer, 90 - sarı.
Hakim: Daniel Zibert (Almaniya).
12 dekabr. Zaltsburq. 27134 tamaşaçı.

oyunun statistikası
17 (6) qapıya (“çərçivə”yə) zərbə 18 (6)
2 künc zərbəsi 6
4 ofsayd 2
8 qayda pozuntusu 8
4 (0) sarı (qırmızı) vərəqə 2 (0)
45 topa sahibolma (faizlə) 55

“Zaltsburq” 1-ci turun səfər oyununda çoxlarının gözləmədiyi halda “Benfika”nı 2:0 hesabı ilə məğlub etmişdi. Sonuncu tur ərəfəsində “İnter”lə matçda (3:3) ilk xalını qazanan “Benfika” Zaltsburqda azı iki top fərqi ilə qalib gəlməyə çalışacaqdı. Əks halda ÇL-in ötən mövsümünün 1/4 finalçısı olan Portuqaliya nəhəngi üçün avrokubok macərası dekabrda bitəcəkdi.
“Zaltsburq” ev oyununda hətta bir top fərqi ilə uduzacağı halda belə 3-cü yeri tərk etməyəcəkdi. Avstriya çempionunun planı ilk hissədəcə pozuldu. Di Mariya birbaşa künc zərbəsi ilə hesabı açdı. Minimum tapşırığı yernə yetirən lissabonlular bununla kifayətlənmədilər. Onların növbəti cəhdlərindən biri Rafael Silvanın qolu ilə nəticələndi. Fasilədən sonra Suçiç fərqi minimuma endirməklə komandasının işini bir qədər asanlaşdırdı. Vəziyyətin dəyişməsi qonaqları əzmkarcasına mübarizə aparmağa vadar edirdi. Rocer Şmidtin komandası əziyyətinin bəhrəsini əsas vaxt sona çatandan sonra gördü. Meydana yenicə çıxan Kabralın dabanı ilə vurduğu 3-cü qol “Benfika”ya 3-cü yeri tutaraq mübarizəni Avropa Liqasında davam etdirmək hüququ verdi.

1. Real Sosyedad 6 3 3 0 7-2 12
2. İnter 6 3 3 0 8-5 12
3. Benfika 6 1 1 4 7-11 4
4. Zaltsburq 6 1 1 4 4-8 4

Oyundan sonra
Simone İnzaqi, “İnter”in baş məşqçisi: “Güclü pressinq tətbiq etməklə işimizi çətinləşdirən rəqibə qarşı oynadıq. Bununla belə, oyun ərzində bir neçə dəfə qapıya yol tapa bilərdik. “Real Sosyedad” La Liqada hətta “Barselona” ilə “Real”ın da işini çətinə salmağı bacarır. Belə komandaya qarşı oynamaq çox çətindi. “Real Sosyedad”ın San Sebastyandakı matçda daha yaxşı təsir bağışladığını düşünürəm. Bu gün isə biz daha yaxşı nəticəyə layiq idik. Qrupu məğlubiyyətsiz və 2-ci yerdə başa vurduq. Lider ola bilməsək də, gələcəyə əminliklə baxırıq. 1/8 finala hələ çox vaxt var. Ötən mövsüm də qrupu 2-ci yerdə başa vurmuş və finala qədər irəliləmişdik”.
Rocer Şmidt, “Benfika”nın baş məşqçisi: “Bu həftə hər birimiz, xüsusilə də Kabral üçün xüsusi idi. Bunu anlayırıq. Kabral “Benfika”ya çox böyük istəklə gəlmişdi, amma komandamızda ilk qolunu vurmaqda çətinlik çəkirdi. Vacib qolun belə məqamda vurulması komandamız üçün həyati əhəmiyyəti vardı. Kabral həlledici anda buna nail olmağa əsas namizədimiz idi”.
Anxel Di Mariya, “Benfika”nın yarımmüdafiəçisi: “Qələbəyə layiq idik. Əla oyun sərgilədik. “Farense” ilə əvvəlki matçda qapı istiqamətində 37 zərbə endirsək də, yalnız bir qol vura bilmişdik. Bu qələbəyə özümüz, ailəmiz və azarkeşlərimiz üçün layiq idik. Klubun prezidenti Ruy Koştaya Avropa Liqasının indi mənə lazım olan turnir olduğunu dedim. Bu turnirdə yalnız iki dəfə oynamışam və indi daha bir şansım var. Doğru yoldayıq, hər bir titul vacibdi və hədəflərə çatmağa çalışacağıq”.
Luka Suçiç, “Zaltsburq”un yarımmüdafiəçisi: “Çox məyusuq. Son dəqiqələrdə həlledici qolu buraxmaq fövqəladə dərəcədə üzücüdü. Komandamız çox güclü rəqiblərin olduğu çətin qrupda mübarizə apardı. Belə səviyyədə ən kiçik səhv belə bağışlanmır. Bütün gücümüzü meydanda qoyduq, lakin cüzi nöqsanlara görə sərt cəzalandıq”.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

5-10-2023, 22:0

“Benfika”nın qisası baş tutmadı

Çempionlar Liqası

24-09-2023, 15:0

Son finalçı məğlubiyyətdən son dəqiqələrdə qurtuldu

Çempionlar Liqası

17-09-2023, 16:0

Çempionlar Liqası, 2023/24 mövsümü - TƏQVİM

Dünya futbolu

7-07-2022, 10:0

İspaniya millisinin üzvü "Real Sosyedad"da

Dünya futbolu

11-08-2023, 18:0

İspaniya çempionatında 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

15-08-2022, 09:0

"Real" La Liqaya qələbə ilə start verdi

Aktual
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Son xəbərlər
  • Bu gün, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Bu gün, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Bu gün, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Bu gün, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Bu gün, 11:23
    MS-ni tərk edə bilər
  • Bu gün, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Bu gün, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Bu gün, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Dünən, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • 22-07-2026, 23:0
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Daha çox
Oxunub: 192
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 169
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 117
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə