Kurtuanın aqibəti məlum oldu

13.12.2023 16:58 181
Dünya futbolu
Tibo Kurtuanın aqibəti müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bir neçə aydan sonra start götürəcək qitə birinciliyində görünməyəcək.

“Real”ın qapıçısı Belçika yığmasına gələn yay Almaniyada keçiriləcək Avropa çempionatında kömək edə bilməyəcək. Ona avqustun 10-da sol dizinin ön çarpaz bağlarının qırılması diaqnozu qoyulmuşdu. Onda Kurtuanın azı 8 aylığa sıradan çıxdığı açıqlanmışdı. Futbolçu yayda bərpa prosesini davam etdirəcək.