Asensionun aqibəti məlum oldu

16.09.2023 22:34 220
Dünya futbolu
Marko Asensionun aqibəti məlum olub.

"Football-plus.az" xəbər verir ki, PSJ-nin yarımmüdafiəçisi müəyyən müddətə sıradan çıxıb.

İspaniyalı futbolçu ən azı sentyabrın sonuna qədər yaşıl meydanlardan uzaq qalacaq. Bu isə o  deməkdir ki, artıq Liqa 1-də “Nitsa” ilə matçı (2:3) buraxan Asensio Fransa çempionatının “Marsel” və “Klermon”, Çempionlar Liqasında isə Dortmund “Borussiya”sı ilə oyunlarda da iştirak edə bilməyəcək.