Futbolçunun durumun nə yerdə olduğunu öyrənmək üçün klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovla əlaqə saxladıq:
“Futbolçu maqnit-rezonans müayinəsindən keçdi. Həkimin verdiyi məlumata görə, 5-6 ay yaşıl meydanlardan kənarda qalacaq. Çarpaz bağlarında qopma aşkarlandı. Yaxın günlərdə Türkiyədə əməliyyat olunacaq”.
Burdan da bu qənaətə gələ bilərik ki, Qomis üçün bu mövsüm bitdi.
MİRKAMAL KAZIMZADƏ




