Futzal millimizin açıq məşqi olacaq

11.12.2023 14:10 207
İdman
DÇ-2024-ün elit mərhələsində Bakıda Rumıniya ilə üz-üzə gələcək futzal üzrə Azərbaycan millisinin qarşılaşmadan əvvəl açıq məşqi keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, Bakıda təlim-məşq toplanışında olan yığmanın hazırlıq prosesi dekabrın 13-də, saat 10:00-da mətbuat üçün açıq olacaq.

Məşqdən əvvəl, saat 09.45-də isə baş məşqçi Vitali Borisov jurnalistlərin suallarını cavablandıracaq.

Qeyd edək ki, dekabrın 15-də Bakı İdman Sarayında gerçəkləşəcək Azərbaycan - Rumıniya görüşü saat 20.00-da start götürəcək.