İtaliya çempionuna yaraşmayan göstərici

9.12.2023 22:50 163
Dünya futbolu
“Napoli” A seriyasının 15-ci turunun açılış oyununda “Yuventus”a minimal hesabla uduzub.

"Football-plus.az" xəbər verir ki, bununla da İtaliya çempionunun bütün turnirlərdə məğlubiyyət seriyası 3 oyuna çatıb.

“Napoli” daha əvvəl İtaliya çempionatında “İnter”ə (0:3), Çempionlar Liqasında isə “Real”a (2:4) məğlub olmuşdu. Bu, Neapol klubu üçün son 7 ildə ən pis göstəricidi. Komanda bu müddətdə ardıcıl 3 oyunda uduzmamışdı.

Neapollular sonuncu dəfə 2016-cı ilin oktyabrında Mauritsio Sarrinin rəhbərliyi altında ardıcıl 3 oyunda məğlub olmuşdu. Onlar 2016/17 mövsümündə A seriyasında 3-cü yeri tutmuşdular.