PSJ “böyük beşlik”də tək qaldı

2.11.2022 18:35 328
Dünya futbolu
Nəhayət, “Napoli” bu mövsüm iştirak etdiyi turnirlərdə ilk dəfə məğlub olub.

İtaliya klubu Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun oyununda “Liverpul”a 0:2 hesabıyla uduzub. Bununla da neapolluların bütün turnirlərdə 13 oyunluq qələbə seriyası qırılıb.

Qeyd edək ki, indi Avropanın “böyük beşlik” adlandırılan liqalarında cari mövsümdə uduzmayan yeganə komanda PSJ-di.