"Zirə" "Neftçi"dən üstün oynadı"

8.12.2023 12:37 206
Premyer-liqa
"Neftçi" - "Zirə" oyunu “ağ-qaralar”ın minimal hesablı qələbəsiylə bitdi.

Diqqəti çəkən məqam budu ki, qəsəbə təmsilçisi "Neftçi Arena"da heç cür uğur qazana bilmir və bu artıq sindroma, "ənənə"yə çevrilib. Bunun səbəbini aydınlaşdırmaq üçün "Zirə"yə daim dəstək verən "Qartallar" fanklubunun aparıcı üzvlərindən Kənan Məmmədliyə müraciət etdik:

"Məkanın, stadionun hara olmasından asılı olmayaraq, daim komandamızın oyunundan razıyıq. "Neftçi"ylə matçda da komandamız rəqibdən üstün oynadı, sadəcə, əlimizə düşən şansları boşa verdik və bir qədər də bəxt bizdən uzaq düşdü. Hesab edirəm ki, hansı stadionda oynamağımız doğma qəsəbəmizin təmsilçisinə təsir etmir".


ABDULLA İSMAYILOĞLU