"Neftçi" - "Zirə" qarşılaşmasında qəsəbə təmsilçisinin qalib gəlməsində maraqlıyam” – olimpiya çempionundan izahat

3.12.2023 16:50 279
Ölkə futbolu / Manşet
Bu gün 15-ci turun mərkəzi oyununda "Neftçi" "Zirə"ni qəbul edəcək.

Meydan sahibləri heç yaxşı günlərini yaşamadığı halda, qəsəbə təmsilçisi inkişafdadı və hazırda turnir cədvəlində 2-ci pillədədi. Bəs "Neftçi Arena"da gerçəkləşəcək oyunda kim daha şanslıdı? "Football-plus.az" saytı bu sualla veteran futbolçu İqor Ponomaryova müraciət etdi:

"Mən hər ikisinə rəqib olan klubun idarə heyətində yer alıram. Oyunla bağlı fikir bildirməyim nə dərəcə doğrudu, etikdi - bilmirəm. Amma "Sabah" rəsmisi kimi "Neftçi" - "Zirə" qarşılaşmasında qəsəbə təmsilçisinin qalib gəlməsində maraqlıyam. Hazırkı vəziyyətdə irəliləmək yolunda başlıca rəqibimiz "ağ-qaralar"dı. Ona görə də onlarla aradakı xal fərqinin artmasını heç istəməzdik. Hələlik əsas məqsədimiz qış fasiləsinə kimi maksimum xal toplayıb ilk “5-liy”ə düşməkdi. İstənilən halda "Neftçi Arena"da bu gün gərgin, maraqlı matç olacaq".


ABDULLA İSMAYILOĞLU