"Zirə"ni kim ziyana salıb? - AÇIQLAMA

29.04.2023 16:29 361
Aktual / Premyer-liqa
"Qarabağ" - "Zirə" qarşılaşmasında qonaq komanda bir necə qanun pozuntusuna yol verdiyinə görə AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılıb.

Belə ki, oyunu bitdikdən sonra qinaqların “A buraxılışı” olmayan nümayəndələrinin meydana daxil olmasına görə 800, İntizam Məcəlləsinin 50.7 bəndini pozduğuna görə isə 2000 manat cərimələnib. Ümumilikdə "qartallar" 2800 manat "tərləyib". Görəsən, "Zirə" niyə belə intizamsızlıqlara yol verib?

"Football-plus.az" saytı olaraq bunun səbəbini aydınlaşdırmaq üçün qəsəbə təmsilçisinin sözçüsü Elmar Abdullazadəylə danışdıq:

"Komandanın üzvlərindən "A buraxılış"ı olmayan şəxslər daxil olduğuna görə cərimə olunduq. Oyunun həddən artıq gərgin keçməsi üzündən bu diqqətsizliik baş verib".


ABDULLA İSMAYILOĞLU