“Zirə” “Neftçi”ylə oyun ərəfəsində hansı problemlə üzləşib? – AÇIQLAMA

27.10.2022 19:30 557
Premyer-liqa / Manşet
Misli premyer-liqasının 12-ci turunun mərkəzi qarşılaşmasında "Zirə" doğma meydanda "Neftçi"ni qəbul edəcək.

Gərgin və bir o qədər maraqlı keçəcəyi gözlənilən qarşılaşmaya qəsəbə təmsilçisi necə hazırlaşır? Komandada itkilər var? "Football-plus.az” saytı olaraq bu suallara aydınlıq gətirmək üçün "Zirə"nin mətbuat katibi Elmar Abdullazadəyə müraciət etdik:

"Neftçi"ylə oyuna hazırlığı normal qaydada davam etdiririk. Coşqun Diniyevlə Hacıağa Hacılı cəzalıdı".


ABDULLA İSMAYILOĞLU