Karlo Ançelotti məhkəməyə üz tutub. O, “Everton” rəhbərliyindən şikayət edib.
"Football-plus.az" xəbər verir ki, “Qardian” qəzeti “Real”ın baş məşçisinin London Ali Məhkəməsinə müraciət etdiyi barədə məlumat yayıb. Şikayət “ümumi kommersiya razılaşması” ilə bağlıdı. Amma italiyalı mütəxəssisin konkret nədən narazı olduğuna aydınlıq gətirilməyib. Ançelottinin hüquqşünasları mövzu ilə bağlı açıqlama vermək istəməyiblər. İngiltərə klubu da bununla bağlı rəsmi məlumat yaymayıb. “Everton” “Qardian”ın sorğusunu cavabsız qoyub.
Xatırladaq ki, Ançelotti Liverpul klubunu 2021-ci ildə ikiillik fəaliyyətini başa vurmaqla tərk edib.