• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Real” “Barselona” ilə xal fərqini artırdı - TURUN ŞƏRHİ

Dünya futbolu

29-11-2023, 21:0

La Liqada ənənəvi favoritlərdən “Real”la “Atletiko” qələbə qazandısa, “Barselona” büdrədi.

“Football-plus.az” xəbər verir ki, ilk “4-lük”dən sonra qərarlaşan “Real Sosyedad” da meydandan 3 xalla ayrıldı. Artıq aşkar autsayderlər də bəllidi. Bunlar “Selta”, “Qranada” və “Almeriya”dı.

“Rayo Valyekano” ardıcıl 5-ci çempionat oyununda “Barselona”dan xal aldı. Kataloniya nəhəngi beynəlxalq fasilədən sonra həmişə əziyyət çəkir, bura Qavini itirməyi də əlavə etmək lazımdı. “Barsa” Madriddə problemlə üzləşdi. “Arılar” dərin müdafiəyə çəkilməyi düşünmürdü. Debütdə qarşılıqlı təhlükəli vəziyyətlər oldu. Ancaq Levandovski qapıçını da aldadandan sonra iti bucaq altında qapıya düşə bilmədi, Valentinin zərbəsinin qarşısını isə Penya aldı. Qarşılıqlı hücumlar şəraitində davam edən oyunda “Barsa” rəqibi topa nəzarət baxımından üstələyirdi. 39-cu dəqiqədə meydan sahibləri hesabı açdı. Lopes 25 metrdən qarşısıalınmaz zərbə vurdu. Madridlilər fasilə ərəfəsində fərqi artırmaq imkanını qaçırdı. “Rayo” 2-ci hissədə daha praqmatik tərzdə oynamağa başladı. Düzdü, “Barsa”nın hücumları uzun müddət ərzində hansısa ciddi təhlükə yaratmırdı. Hər halda, sona yaxın bir qədər də “artıran” qonaqlar hesabı bərabərləşdirə bildi. Onlar 77-ci dəqiqədə bir hücumun gedişində iki imkanı əldən verdi. Rafinya topu dirəyə vurdu, Levandovskinin yaxın məsafədən zərbəsinin qarşısını isə Dimitrievski aldı. Cəmi 5 dəqiqə sonra hesab bərabərləşdi. Baldenin ötürməsini Levandovski qapamaq istədi, ancaq ona mane olmağa çalışan Lejen topu öz qapısına göndərdi. Qonaqların bundan artığına gücü catmadı. “Barsa” “Real”dan artıq 4 xal geri düşüb...

...Madrid nəhəngi “Kadis”lə oyunda yalnız ilk qola qədər müəyyən qədər çətinlik çəkdi. Amma hesab açılandan sonra “ağ şimşəklər” daha rahat oynadı. Oyuna yaxşı başlayan meydan sahibləri bir neçə dəfə Lunini həyəcanlandırsa da, Ançelottinin yetirmələri tədricən oyunun axarına nəzarəti ələ aldı. Rodriqo hər hissədə bir qol vurmaqla dubl etdi, Bellingem isə 74-cü dəqiqədə məhz braziliyalının ötürməsindən sonra fərqi artırdı. Qonaqlardan Modriç, meydan sahiblərindən qapıçı Ledesma zədələndi. “Kral klubu” qələbə sayəsində ən azı birgünlüyə zirvəyə yüksəldi. “Real”ın müəyyən problemləri olsa da, komanda ən müxtəlif vəziyyətlərdən çıxmağı bacarır. “Kadis” son vaxtlar “Real” üçün münasib rəqib deyildi. Ancaq madridlilər 2021-dən bəri ilk dəfə bu rəqibi elə onun meydanında darmadağın etməyi bacardı.

Madridin digər nəhəngində də üzlər gülür. “Atletiko” “Malyorka” ilə oyuna fəal başladı, bir neçə təhlükəli vəziyyət yaratdı, sadəcə, erkən qol vura bilmədi. Bundan sonra rəqib özünə gələrək oyunu bərabərləşdirdi. Prinsipcə balearlılar fasiləyə qədər olan müddətdə sakitcə müdafiə olundu. Ancaq 2-ci hissədə “Atletiko” daha güclü təsir bağışladı, “hindular”ın hücumlarında konkretlik artdı. Adalılar müəyyən vaxta qədər heç-heçəni qoruya bildi – gah Raykoviç onları xilas edirdi, gah da “Atletiko”nun oyunçuları dəqiq olmurdu. Nəhayət, 64-cü dəqiqədə meydan sahibləri irəli çıxdı. Ermoso sol cinahdan cərimə meydançasına asma etdi, Kopete ilə mövqe mübarizəsindən qalib ayrılan Qrizmann topu başla sol “9-luğ”a göndərdi. Buna qədər Simeone ikili dəyişikliyə əl atmaqla Qrizmannı orta sahədən hücuma keçirmişdi. “Hindular” qoldan sonra da bir neçə təhlükəli hücum qurdu. Ancaq fərqi artıqmaq mümkün olmadı. “Malyorka” sonda məğlubiyyətdən qaça bilərdi. Larin topu rəqib oyunçuya vurdu, Amat təkbətək zamanı Oblaka uduzdu. Qələbəni qoruyan madridlilər 3-cü pilləyə yüksəldi.

“Real Sosyedad” “doğma divarlar” arasında “Sevilya”nın öhdəsindən gəldi. Oyun qonaqlar üçün uğursuz başladı. Artıq 3-cü dəqiqədə Barreneçeanın cərimə zərbəsindən sonra Dmitroviç avtoqola səbəbkar oldu. 22-ci dəqiqədə 419 gündən (!) sonra fərqlənən Sadik hesabı 2:0 etdi. Cənublular 2-ci hissədə San-Sebastyan təmsilçisini həyəcanlandırmağı bacardı. 60-cı dəqiqədə Ən-Nəsiri qollardan birinin əvəzini çıxdı. Bəlkə hətta hesabı bərabərləşdirmək də mümkün olacaqdı. Sadəcə, Ramos 86-cı, Navas 89-cu dəqiqədə meydandan qovulmaqla “Sevilya”nın xal ümidini “dəfn etdi”.

Turun qalan oyunlarına gəlincə, “Qranada”nı məğlub edən “Alaves” rəqibin baş məşqçisi Pako Lopesin qovulmasına səbəbkar oldu. “Xetafe”, “Vilyarreal” və “Betis” evdə qələbə qazandı. “Valensiya” – “Selta” oyunu qolsuz bitdi, turun dünən axşam keçirilən son oyununda isə “Jirona” ilə “Atletik” heç-heçəyə razılaşdı.

14-cü tur
Kadis – Real 0:3
Rodriqo, 14; 64. Bellingem, 74. (20325)
Real: Lunin, Mendi, Naço, Rüdiger, Karvaxal (F.Qarsiya, 88), Modriç (Sebalyos, 69), Kroos, Valverde (Pas, 88), Bellingem (Lukas, 78), Rodriqo (Q.Qarsiya, 78), Xoselu.
Atletiko – Malyorka 1:0
Qrizmann, 64. (58119)
Atletiko: Oblak, Ermoso, Vitsel, Aspilikueta (Ximenes, 82), Lino (Saul, 71), Lyorente, Barrios, Koke (De Paul, 63), Korrea (Rikelme, 63), Qrizmann, Morata (Depay, 82).
Rayo Valyekano – Barselona 1:1
U.Lopes, 39 – Lejen, 82-öz qapısına. (14148)
Barselona: Penya, Balde, Martines, Kristensen, Kanselo, Pedri (Lopes, 75), Romeu (Gündoğan, 55), De Yonq, Torres (Feliş, 55), Yamal (Rafinya, 75), Levandovski.
Real Sosyedad – Sevilya 2:1
Dmitroviç, 3-öz qapısına. Sadik, 22 – Ən-Nəsiri, 60. (33879)
Real Sosyedad: Remiro, Munyos, Le Norman, Subeldiya, Traore (Elustondo, 84), Barreneçea (Zaxaryan, 67), Merino (Oyarsabal, 75), Subimendi, Mendes, Sadik (Turryentes, 75), Kubo (Şo, 84).
Alaves – Qranada 3:1
Torrent, 11-öz qapısına. Rebbaş, 38. Omorodion, 55 – Uzuni, 86-p. (15705)
Xetafe – Almeriya 2:1
Qrinvud, 33. Mayoral, 45 – Ramazani, 7. (10906)
Vilyarreal – Osasuna 3:1
Morales, 57; 71; 80 – Katena, 78. (16389)
Betis – Las-Palmas 1:0
Villian, 19. (48132)
Valensiya – Selta 0:0
(43375)
Jirona – Atletik 1:1
Sıqankov, 55 – İ.Uilyams, 67.
1. Real 14 11 2 1 31-9 35
2. Jirona 14 11 2 1 32-17 35
3. Atletiko 13 10 1 2 30-12 31
4. Barselona 14 9 4 1 27-14 31
5. Real Sosyedad 14 7 4 3 25-17 25
6. Atletik 14 7 4 3 26-18 25
7. Betis 14 6 6 2 18-16 24
8. Xetafe 14 4 7 3 17-18 19
9. Valensiya 14 5 4 5 16-18 19
10. Rayo Valyekano 14 4 7 3 16-18 19
11. Las-Palmas 14 5 3 6 11-13 18
12. Vilyarreal 14 4 3 7 21-25 15
13. Alaves 14 4 3 7 14-19 15
14. Osasuna 14 4 2 8 16-24 14
15. Sevilya 13 2 6 5 19-19 12
16. Kadis 13 2 4 7 10-20 10
17. Malyorka 13 1 6 6 12-19 9
18. Selta 14 1 5 8 14-24 8
19. Qranada 14 1 4 9 19-33 7
20. Almeriya 14 0 3 11 16-37 3
Bombardirlər: Bellingem (Real) - 11, Qrizmann (Atletiko) - 9, J.Moreno (Vilyarreal), Mayoral (Xetafe) – 8.
Növbəti turun oyunları dekabrın 1-4-ü aralığında keçiriləcək: Las-Palmas – Xetafe, Jirona – Valensiya, Atletik – Rayo Valyekano, Real – Qranada, Osasuna – Real Sosyedad, Malyorka – Alaves, Almeriya – Betis, Sevilya – Vilyarreal, Barselona – Atletiko, Selta – Kadis.

Turun rəqəmi
600 – Koke “Atletiko”nun heyətində oyun sayını bu həddə çatdırdı. 31 yaşlı yarımmüdafiəçi klub tarixində rekordçudu. 2-ci yeri tutan Adelardo Rodriges 553 oyun keçirib.

Turun ulduzu
Xose Luis Morales (Vilyarreal) – “sarılar”ın “Osasuna” üzərindəki qələbəsinə üç qolla töhfə verdi. Maraqlıdı ki, 36 yaşlı hücumçu cari mövsümdə fərqlənməmişdi.

Turun sitatı
Raul Martin Preza, “Rayo Valyekano”nun prezidenti: “Bəlkə də İspanita tarixinin ən yaxşı futbolçusu olan Xavinin qolumuza görə ofsayd tələb etməsi yaxşı hərəkət deyil. Unay Lopes zərbə vurarkən digər futbolçumuz Valentin təsadüfən həmin yerdə idi. Xavi hakimi yanıltmağa çalışdı. Onun kimi istedadlı adama bu hərəkəti yaraşdırmadım”.

Faktlar
* Modriç 35 yaşdan sonra oyun sayına görə “Real” üçün yeni rekord müəyyənləşdirdi. 38 yaşlı xorvatiyalı həmin yaşdan sonra Madrid klubunun heyətində 161-ci oyuna çıxmaqla 1986-97 aralığında bu komandanın formasını geyən qapıçı Fransisko Buyonun rekordunu yenilədi.
* Bellingem də ilk 15 oyunda qol sayına görə klub rekordu müəyyənləşdirdi. O, “Kadis”lə oyunda qol sayını 14-ə çatdırdı. Əvvəlki ən yaxşı nəticə Pruden, Alfredo Di Stefano və Kriştiano Ronaldoya məxsus idi – ilk 15 oyunda 13 qol.

Oyundan sonra
Karlo Ançelotti, “Real”ın baş məşqçisi: “Bəzən çətinliklər motivasiyanı da kölgədə qoyur və oyunçular bunu yaxşı anlayırlar. Bir neçə vacib oyunçumuzun itkisinin öhdəsindən yaxşı gəldik. Komanda özünü meydanda ən yaxşı tərəfdən göstərdi. Rəqib çoxlu uzun ötürmədən yararlandı, Rüdiger başla yaxşı oynayır və bizə yardım etdi. Mərkəz müdafiəçilərinin üçü də formadadı, zaman-zaman rotasiyaya əl atacam”.
Xavi Ernandes, “Barselona”nın baş məşqçisi: “İlk yarıda dominantlıq etsək də, aqressivlik çatmadı. 2-ci hissədə təhlükəli vəziyyətlər yaratdıq, qol vurduq, yenə də vura bilərdik. Belə meydanda yaxşı oyun göstərmək çətindi. Çempion olmaq istəyiriksə, belə oyunlarda qələbə qazanmaq lazımdı. Titullar qazanmaq istəyiriksə, mentallığı dəyişmək lazımdı. Özümüzə tənqidi yanaşmalıyıq. Ayılmalı və “artırmalıyıq”. İkinci hissədə mentallığımız doğru idi, ancaq onda artıq gec idi. İlk dəqiqələrdən qələbə arxasınca düşmək lazımdı. Buraxdığımız qollar, rəqibə hədiyyələr bizə baha başa gəlir. Əksər oyunlarda hesabı bərabərləşdirməli oluruq”.
Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi: “Oyunun çətin olacağını bilirdik. Rəqib elə oyun göstərir ki, istədiyin kimi dominantlıq etmək çətin olur. Qol vəziyyətlərinə baxmayaraq, uzun müddət fərqlənə bilmədik. “Malyorka” səhvimizi gözləyirdi. Qrizmannı əvəz etmək çətindi. Hər dəfə 90 dəqiqə oynamalı olur. İlk yarıda mövqe seçimləri ideal deyildi, ancaq ümumilikdə çox yaxşı oynadı”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-08-2023, 18:0

İspaniya çempionatında 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

29-09-2023, 23:0

“Malyorka” “Barsa”nın zəfər yürüşünü dayandırdı – TURUN ŞƏRHİ

Dünya futbolu

8-11-2023, 16:0

Madrid nəhəngləri büdrədi, “Jirona” yenə zirvəni ələ keçirdi - TURUN ŞƏRHİ

Dünya futbolu

4-10-2023, 19:0

“Jirona” nağılı bitdi, “Atletiko” liderlər qrupuna döndü - TURUN ŞƏRHİ

Dünya futbolu

24-05-2023, 20:0

“Real” yenə 2-ci yeri əldən verdi - TURUN ŞƏRHİ

Aktual
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
“Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
“Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
Son xəbərlər
  • Bu gün, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • Dünən, 23:38
    Ramik yeni mövsümə qolla başladı!
  • Dünən, 22:52
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:21
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 21:45
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
  • Dünən, 21:12
    Şimali Amerikaya yollandı
  • Dünən, 20:41
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 20:10
    Nəriman Messi ilə qarşılaşa bilmədi - NİYƏ?
  • Dünən, 19:40
    Zidan Fransanın başında ilk oyununa Kocaelidə çıxacaq!
  • Dünən, 19:06
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 18:36
    “Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
  • Dünən, 18:05
    Əziz Yıldırım akademiyanın başına kimi gətirir?
  • Dünən, 17:34
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 17:03
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:32
    Acunun komandası ''Kasımpaşa'' ilə bacarmadı
  • Dünən, 16:01
    "Qəbələ" braziliyalı qapıçı transfer etdi
  • Dünən, 15:30
    Rüfət komandasına qələbə qazandırdı
  • Dünən, 15:00
    ''Beşiktaş'' və İtalyano serbiyalı ulduzun yolunu gözləyir
  • Dünən, 14:31
    "Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
  • Dünən, 14:00
    Premyer-liqaya 29 ölkədən 54 legioner gəlib! - klublar Portuqaliya liqalarını su yoluna döndərib...
  • Dünən, 13:45
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 13:05
    Mançesterdən Madridə yollandı
  • Dünən, 12:35
    “Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
  • Dünən, 12:04
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:33
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 11:02
    “Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
  • Dünən, 10:31
    "Şamaxı"nın 13 yaşlı futbolçusu vəfat etdi
  • Dünən, 10:00
    Messi meydana çıxdı, Nəriman şans qazanmadı
  • Dünən, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • 1-08-2026, 23:0
    MS-ni tərk edə bilər
  • 1-08-2026, 22:0
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • 1-08-2026, 22:0
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • 1-08-2026, 21:0
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • 1-08-2026, 21:0
    Tofiq Musayevdən növbəti qələbə - UFC
  • 1-08-2026, 21:0
    Güləşçimiz finalda - DÇ
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 219
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 171
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 160
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 131
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə