“Barselona” Çempionlar Liqasının qrup mərhələsinin “Portu” ilə ev oyununa Mark Andre ter Ştegensiz çıxa bilər.
"Football-plus.az" xəbər verir ki, komandanın əsas qapıçısı kürəyindəki ağrılar səbəbi ilə bazar günü keçirilən ümumi məşqi buraxıb. Alman futbolçu yalnız fərqdi proqram əsasında çalışıb. İspaniya mənbələri Xavi Ernandesin Ter Ştegenə “Portu” ilə matçda istirahət imkanı yaradacağını xəbər verib. Baş məşqçi onun xidmətindən La Liqanın “Atletiko” ilə növbəti oyununda yararlanmaq niyyətindədi. Bu matç dekabrın 3-də Barselonada keçiriləcək.