"Mingəçevir" Futbol Klubunun uğursuz nəticələri ilə bağlı məşqçilər korpusu dəfələrlə rəhbərliyə müraciət edərək öz istefalarını təkidlə israr edib.
"Football-plus.az" xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb. Klubun İdarə Heyəti istefa istəyini nəzərə alaraq məşqçilər korpusu ilə yollarını ayırıb.
İdarə Heyətinin qərarı ilə komandanın baş məşqçisi vəzifəsinə Ədahim Niftəliyev təyin edilib.