“Xarı Bülbül”ün səfər xərcini qarşılayan tapıldı

26.11.2023 13:00 878
Aktual / İdman
Kişilərdən ibarət "Xarı Bülbül"ün dağılması xəbəri son günlər ölkə mediasının gündəmindədi. Bəs Şuşa təmsilçisi bu çətin durumda Çağırış kubokunun 1/16 final mərhələsinin "Panatinaikos"la cavab matçı üçün Yunanıstana gedəcəkmi?

"Football-plus.az"a daxil olan informasiyaya görə, komanda sabah Afinaya yollanacaq. Belə görünür ki, Azərbaycan Voleybol Federasiyası (AVF) komandanın gediş-gəliş xərclərini öhdəsinə götürüb.

Qeyd edək ki, "Panatinaikos"la cavab oyunu noyabrın 29-da keçiriləcək. Şuşalılar ilk oyunda 0:3 uduzub.

CAVİD ƏLİYEV