Liqa 1-də siftəni Mbappe etdi

25.11.2023 18:54 169
Dünya futbolu
Fransa çempionatının yüksək liqasında yenilik tətbiq olunub.

Bombardirlərin siyahısında lider olan oyunçu Liqa-1-in növbəti turunda meydana yeni forma ilə çıxacaq. Formanın üzərində “Top scorer” (ən yaxşı bombardir) sözləri yazılan qızılı loqo olacaq.

İlk belə forma “Monako”ya qarşı 13-cü turun matçından əvvəl PSJ-nin hücumçusu Kilian Mbappeyə təqdim olunub. Oyun 5:2 hesabı ilə PSJ-nin xeyrinə başa çatıb. Mbappe 39-cu dəqiqədə komandasının 2-ci qolunu vurub.

Qeyd edək ki, Kilian hazırda 14 qolla bombardirlərin yarışına başçılıq edir.