Messinin zədəsi nə dərəcədə ciddidi?

23.11.2023 17:53 189
Dünya futbolu
Lionel Messi zədə alıb.

"Football-plus.az" xəbər verir ki, Argentina millisinin kapitanı DÇ-2026-nın Braziliyaya qarşı seçmə oyununda zədələnib. Lionel 78-ci dəqiqədə əvəzlənib. ESPN-in məlumatına görə, o, ilk hissədə zədələnsə də fasilədən sonra meydana çıxa bilib.

36 yaşlı hücumçunun bu barədə açıqlaması isə belə olub:

“Əzələlərimdə narahatlıq hiss etdim. Bu, mənim üçün ilin son oyunu idi. Ona görə də 2024-cü ilə tam gücümlə başlamaq üçün bərpa olunmağa vaxtım var”.

Messi DÇ-2026-nın seçmə mərhələsində 5 oyun keçirib və 3 qol vurub.