Messi yeni müqavilə imzalayacaq

12.01.2023 14:30 273
Dünya futbolu
Lionel Messi klubu ilə müqaviləni yeniləməyə yaxındı.

Football-plus.az xəbər verir ki, o, PSJ rəhbərliyinin yeni təklifini qəbul edib.

Bu məlumatı tanınmış italyan jurnalist Nikolo Skira “tvitter” hesabında yayıb. O, argentinalı hücumçunun tezliklə “1+1 il” sxemi üzrə yeni sözləşməyə qol çəkəcəyini bildirib.

35 yaşlı futbolçunun illik qazancının 40 milyon avro olacağı gözlənilir. Argentina millisi ilə DÇ-2022-nin qalibi olan Messinin hazırkı müqaviləsinin müddəti iyuna qədərdi. O, PSJ-də 2021-ci ilin yayından çıxış edir.