Kişi basketbolçulardan ibarət “Sabah” dünən FİBA Avropa Kubokunun müntəzəm mövsümündə son oyuna çıxıb.
"Football-plus.az" xəbər verir ki, “tələbələr” D qrupunun lideri “Numburk”u qəbul edib.
Növbəti mərhələyə çıxmaq şansı qalmayan komandamız Çexiya təmsilçisinə də məğlub olub – 89:97 (26:31, 23:18, 25:23, 15:25). Ancaq qrupda sonuncu olmayıb. Bu qrupun digər oyununda Türkiyə “Baxçaşəhər”i evdə Monteneqro “Mornar”ını darmadağın edib – 103:68 (28:7, 24:22, 33:19, 18:20).
1. Baxçaşəhər 6 5 1 547:464 11
2. Nimburk 6 5 1 547:472 11
3. Sabah 6 1 5 451:528 7
4. Mornar 6 1 5 431:512 7